Etiketler

22 Haziran 2013 Cumartesi

KÜÇƏ İŞIQLARI



Bu dəfə küçə işıqlarından yazacam. Şəhərlərdə bəzən gecələr sönüb, gündüzlər yanan küçə işıqlarından yox, və yaxudda  “Fanarları sınmış küçələr” filimindən yox, bir azda uzağa kedərək kənd yerindən yazacam. Kəndlərdəki küçə işıqlarından.

Axşamlar şəhərlər yolların, küçələrin, parkların işıqları ilə bir az işıqlanır. Insanlar rahat yeriyə bilirlər.
Amma kəndlərdə belə deyil.


Axşam gün batdı çəkil otur evində. Bayıra cıxmaq qeyri- mümkündür. Evindən kənara çıxsan qaranlığın zülmətindən ayağının altını görməyib düşəcəksən qatı palcığa. Çünkü məhəllə şəhərin küçələri kimi işıqlı deyil, ətrafda kiminsə adına park yoxdur, və yaxudda evin qabağından avtomobillər şütümür. Qapıdan kənara ayaq atdın zülmətdəsən. 



Yenədə irəli gedib uşaqlıq illərindən yazmaq istəyirəm. Mənimdə uşaqlığım kənddə keçib. O zaman bizim məhəllədə elektrik dirəyində küçə işığı vardı. Bu atamın məhləmizə etdiyi bir yaxşılığı idi. O küçə işığının açarı bizim evdən qoşulurdu. Məhəllə sakinləri, uşaq və yeniyetmələr axşamlar qoyun-quzularını dincəldib çıxrdılar bu işığın altına gün ərzində başına gələnlərdən söhbət edərdilər. Uşaqlar axşamlar gizlənpaç və başqa oyunlar oynamaqla gecə yuxularına bir azda şirinlik qatar, nisbətən yaşlı cavanlar o işığın altında domino, nərd və s. oynayamaqla axşamlarını maraqlı edərdilər.
Beləcə küçə işığından faydalanardılar. Gecədən xeyli keçəndən sonra, hamı öz evinə çəkildikdən sonra atam o işığı söndürərdi. Bəzi vaxtlar yuxuları ərşə çəkilmiş məhlə uşaqları maraqlı oyun oynayanda bu işığın daha gec sönməsi üçün bizdən xahiş edərdilər.  



Müstəqil olduqdan sonra Azərbaycanda yeni islahatlar aparıldı. Bu islahatların arasında sayğaclama işi daha geniş vüsət aldı. Indi bircə aldığımız havadan başqa hər şey sayğaca vuruldu. Özü də sayğaclaşmanın ən üstün variantı olan kart sistemi ilə.   Bu sayğacların göstərdiyi pulun məbləği bir çox ailələrdə  ailənin aylıq gəlirindən artıq olurdu. Buna görədə insanlar artıq pul ödəmək dərdindən hər şeyə ifrat dərəcədə qənaət etməli oldular. Bu sayğaclanma dövründə də kənd yerlərindəki küçə işıqların əksəriyyəti ləğv olundu. 

Daha kəndin küçələr sakitdir. Indi gecələr saat 01:00 bəzən də 02:00 –yə kimi gecəni səsli- küylü keçirən o uşaqlar yoxdur. Indi hamı evində kompyuterin, internetin qarşısında öz əyləncələrini tapıblar. Elə bilirəm ki, heç o işıqlara da ehtiyac yoxdur.

 
Bəlkədə belə yaxşıdı.


 

Hiç yorum yok:

Yorum Gönder