Etiketler

31 Mart 2014 Pazartesi

MÜƏLLİMİN XƏYALI


Ucqar kənd məktəblərin birində işləyən müəllimin başına gələn olaydan yazmaq istəyirəm. Məktəbin əmək və rəsmxət müəllimi öz güzəranını yaxşılaşdırmaq üçün öz əmlak payına düşən yerdə dükan açmaq qərarına gəlir. Müəllim fikirləşir ki, tədris etdiyi fənndən aldığı əmək haqqısı öz aylığını güclə “yola verir”, üstəlik bu fənnlərdən hec bir repetitorluq edib “leviy” qazanmaq mümkün deyil. Bu üzdən dükan tikib bir-babat güzaranı yaxşılaşdırmaq mümkün olar.

29 Mart 2014 Cumartesi

QUBADA BICAQLANMA HADİSƏSİ

Mart ayının 28 saat 11 radələrində Azərbaycan Müəllimlər İnstitutunun Quba  filialında bıçaqlanma faktı baş verib. Hadisə şahidlərindən  RTV-yə verilən məlumata görə, təhsil müəssisəsinin tələbəsi Babayev Vüqar  I kurs tələbəsi Salyandan olan Osmanlı Xalid adlı tələbəni bıçaqlayıb.

17 Mart 2014 Pazartesi

GƏNC MEDİAÇILAR TƏLİMİ

Qubada 2 gün davam edən Gənc Mediaçılar Məktəbi adlı təlimə yekun vuruldu. Təlimdə məktəblilər, tələbələr hətta rayonun orta məktəblərinin gənc müəllimlərdə iştirak etmişdir. Bu iki gün ərzində gənclərə media aləmində baş verən son dəyişikliklər, yeni media, xəbərlər, bloggerlik və video süjetlərin hazırlanması ilə bağlı olan bu təlimdən gənclər xeyli maariflənmiş və təlimin gedişindən razı qalmışdırlar.

10 Mart 2014 Pazartesi

MƏZUNLARLA GÖRÜŞ

Qafqaz Universiteti öz ənənəsinə sadiq qalaraq kecmiş məzunları ilə görüşləri davam etdirir. Belə görüşlərdən biri mart ayinin 9 da  olmuşdur. Universitetə yığılan keçmiş məzunlar bir-brlərini görüb şad olmuş, hal-əhval tutmuşdular. 

Qafqaz Universiteti Məzunların Koordinasiya şöbəsinin təşkilatçılığı ilə təşkil olunan bu görüşə Universitetin İlahiyyat fakültəsinin tələbələrinin yaxın dostu olan Məmmədəli müəllim Babaşovda dəvət edilmişdir.

2 Mart 2014 Pazar

BİZİM UŞAQLAR

Bu yaxınlarda sosial şəbəkələrdə Norvec və Azərbaycan da azyaşlılara edilən diqqət və qayğının müqayisəsini əks etdirən video yayılmışdı. Videoda soyuqlu, şaxtalı havada küçədə dayanmış təxminən 9-10 yaşlı  uşağın ətrafındakıların ona diqqətindən bəhs olunurdu. Insanlar bu uşağa bacardığı qayğını göstərərək onu geyindirməyə, soyuqdan qorumağa çalışırdılar.