Etiketler

27 Ağustos 2013 Salı

"XƏMSƏ"NİN QALİBİ BƏLLİ OLDU

Qubada YURD GİİM- i tərəfindən təşkil olunmuş XƏMSƏ intellektual bilik yarışının yekunu oldu. May ayından start götürən oyuna ilk vaxtlar 8 komanda qoşulmuşdursa sonralar oyun 5 komandanın gərgin mübarizısi ilə davam edib. Komandalardan "Fətəli xan", "Krizis", "Five Spartacus" müxtəlif vaxtlarda liqanın qalibi olsalarda, sonda "Krizis"in qələbəsi ilə tur başa çatmışdır. 

25 Ağustos 2013 Pazar

GÜZƏŞTSİZ MÜƏLLİMLƏR



 Yeni təhsil qanunua görə yaşadığı yerindən ən azı 3 ildən artıq çalışan, məktəbə qədər olan məsafə 20 km dən az olan müəllimlərə güzəştlər (Həvəsləndirici mükafat /H-1)  tətbiq olunmayacaq.
Quba Rayon Təhsil şöbəsindən buna  açıqlama verildi. Oradan bildir dilər ki, Rayon  mərkəzinə yaxın kəndlərdə Alekseyivka, Nərimanabad, Nügədi, Qaraçay, Vladimirovka, Qəşrəş Pirvahid, Dəlləkli və başqa yaxın kəndlərdə 3 ildən artıq işləyən müəllimlər üçün heç bir güzəştlər tətbiq olmayacaq. Bu yalnız müəllimlik fəaliyyətinə yenicə başlayan müəllimlərə şamil olunacaq.
 Təhsil nazirliyinin göstərişinə əsasən Rayon mərkəzində 2o km məsafədə yerleşən  və 3 ildən artıq iş stajı olan  kənd məktəblərində çalışan  müəllimlər üçün əmək haqlarından savayı məsafədən aslı olaraq 70 manat nəzərdə tutulubsa məsafə 20 km az olan kənd yerlərində çalışan müəllimlər üçün bu ikşaf planına salınmayib. 
Qeyd edək ki, əvəlki illərdə yaşadığı ünvanla işlədiyi məktəb arasında 20 km məsafədən az  olan yeni fəaliyyətə başlamış müəllimlər üçün (H/1) 33 AZN nəzərdə tutulurdu.
Müqayisə üçün bildirı ki, əvvəlki tədris ilində məsafədən aslı olaraq yeni fəaliyyətə başlamış müıllimlər üçün H/1-33AZN, H/2- 66AZN, H/3-99 AZN hesablanırdı.

12 Ağustos 2013 Pazartesi

GENCLER NURLU SABAHDAN DANIŞDILAR



Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Nurlu Sabah Uşaq Gənclər Təşkilatının təşkilatçılığı ilə Quba və Qusar rayonlarında may ayından start götürmüş “Gələcək naminə sağlam olaq” adlı layihənin bir hissəsi kimi 05-07 avqust 2013-cü il tarixində Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təlim baş tutmuşdur.

3 Ağustos 2013 Cumartesi

QUBALI GƏNCLƏR MEDİA TƏLİMİNDƏ


    Rayonun media sahəsində çalışan fəal gənclər Bakıda İREX-in təşkil etdiyi Media və xəbər jurnalistikası ilə bağlı təlim kursunda iştirak ediblər. Bu gənclərə İREX-in Bakı nümayəndəliyi tərəfindən sorğular göndərilib və SV- lər tələb olunub. Bu SV- lər vasitəsilə seçilən gənclər təlimə dəvət alıb.