Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun maliyyə dəstəyi və Nurlu Sabah Uşaq Gənclər
Təşkilatının təşkilatçılığı ilə Quba və Qusar rayonlarında may ayından
start götürmüş “Gələcək naminə sağlam olaq” adlı layihənin bir hissəsi
kimi 05-07 avqust 2013-cü il tarixində Quba şəhərində yerləşən Heydər
Əliyev Mərkəzində təlim baş tutmuşdur.
Təlimin açılışından öncə gənclər
Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər, daha
sonra gənclər üçün Quba rayon İcra Hakimiyyəti Başçısı Mübariz Ağayevin
təşəbbüsü ilə tikilərək son tamamlama işləri aparılan Gənclər Mərkəzinə
tanışlıq gəzintisi təşkil olunmuşdur.
Gəzintidən sonra Heydər Əliyev
Mərkəzinin dəyirmi masasında gənclərin toplantısı davam etmişdir.
Toplantıda Quba rayonu İcra Hakimiyyətinin məsul işçisi Rəxşəndə
Bayramova, Quba rayonu Gənclər və İdman İdarəsinin rəisi Mustafa
Nöhbalayev, Qusar və Quba rayonlarını təmsil edən bir qrup gənc iştirak
edirdi.
Tədbiri giriş sözü ilə Nurlu Sabah UGT-nin sədri Ramin Xudayev
açaraq həyata keçirilən layihənin əhəmiyyətindən və üç günlük təlimin
gənclər üçün mahiyyətindən söz açdı. Təlimin məhz Heydər Əliyev
Mərkəzində baş tutmasını xüsusi vurğulayan təşkilat sədri layihənin
region üçün daha uğurlu olmasını bildirdi.
Digər çıxış edən natiqlər də
dövlətin gənclərə göstərdiyi qayğıdan, Azərbaycan Gənclər Fondunun
gənclər təşkilatlarına göstərdiyi maliyyə dəstəyindən və digər zəruri
məsələlər haqda danışdılar. Tədbiri təlim formatında layihəyə təlimçi
kimi cəlb olunmuş Hüquqşunas Həmid Məmmədov davam etdirdi.
Təlimin
ikinci günü iştirakçılara təşkilatın hazırladığı
film nümayiş etdirildi.
Müzakirələr aparıldı.
Təlim 7 avqust tarixində 20 iştirakçı gəncin
sertifikatlaşdırılması ilə başa çatdı.
http://qubalilar.biz/
Hiç yorum yok:
Yorum Gönder