Etiketler

3 Ağustos 2013 Cumartesi

QUBALI GƏNCLƏR MEDİA TƏLİMİNDƏ


    Rayonun media sahəsində çalışan fəal gənclər Bakıda İREX-in təşkil etdiyi Media və xəbər jurnalistikası ilə bağlı təlim kursunda iştirak ediblər. Bu gənclərə İREX-in Bakı nümayəndəliyi tərəfindən sorğular göndərilib və SV- lər tələb olunub. Bu SV- lər vasitəsilə seçilən gənclər təlimə dəvət alıb.

İyul ayının 31- dən start götürən təlimin ilk günü təlimçi xanım Ülviyyə xanım Əsədzadə jurnalistikada yazı qaydalarından, əsl xəbərin hazırlanması üçün nələrə əməl etmək lazım olduğu haqda dinləyicilərə maraqlı məlumat verib.

Təlimin ikinci günü təlimçi Vüqar Məmmədov video-montaj işindən və reportajların hazırlanıb, süjet halına gətirilməsi prosesini praktik olaraq gənc jurnalistlərə izah etdib.

Təlim haqqında məlumat İREX-in Bakı üzrə meneceri Ülviyyə xanım Əsədzadə təlimi keçirməkdə məqsəd regionda yaşayan gənc blogger və jurnalistika bacarığı olan gəncərə bu işdə daha da püxtələşmək imkanı vermək, mediada tətbiq olunan yeni qaydalar haqqında məlumatlandırmaq olduğunu bildirdi.

Bundan başqa təlimdə gənclər sayıt yaratmaq, orada biznes imkanları əldə etmək və öz aralarında xəbər və məlumat şəbəkəsi yaratmaq imkanı əldə edib.

Təlimdə Quba fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək ctimai Birliyinin sədri Ramin Mahmudov, “Yurd” un nəzdində fəaliyyət göstərən İntelektual oyunlar üzrə bölmənin rəhbəri Nizami Hüseynov və “Azad Könüllülər Klubu İB”- nin Elm və Təhsil bölməsinin rəhbəri Mehman Fərmanov iştirak ediblər.

Təlim avqustun 2- də başa çatıb.

Hiç yorum yok:

Yorum Gönder