Qubada YURD GİİM- i tərəfindən təşkil olunmuş XƏMSƏ intellektual bilik yarışının yekunu oldu. May ayından start götürən oyuna ilk vaxtlar 8 komanda qoşulmuşdursa sonralar oyun 5 komandanın gərgin mübarizısi ilə davam edib. Komandalardan "Fətəli xan", "Krizis", "Five Spartacus" müxtəlif vaxtlarda liqanın qalibi olsalarda, sonda "Krizis"in qələbəsi ilə tur başa çatmışdır.
Rayonda birinci olub dəfələrlə Respublika səviyyəli yarışlara vəsiqə qazanan "Fətəli xançılar" bu yarışda üçüncü yerdə qərarlaşdılar. Bu turda spartakçıların fəallığı komandanı II yerə daşıdı. Beləliklə ümumi xallara görə birinci olan "Krizis" 241, "Five Spartacus"147, "Fətəli xan" isə 141 xalla yarışı başa vurmuşdur.
Bundan başqa yarışda ən çox xal toplayan 5 güclü oyunçuya əlavə hədiyyələr təqdim olunub. Bu oyunçular müvafiq olaraq “Fətəlixan” komandasının2 üzvü, Təngəaltı kənd tam orta məktəbinin müəllimi Vüqar Hüseynov, Vüqar İsmayılov, “Krizis” komandasının kapitanı, Pərviz Muradov, həmin komandanın oyunçusu Günay Bayramova “Five Spartacus”lu, şəhər 6 saylı tam orta məktəbinin məzunu Tərlan Salahzadə nail olub.
Qaliblərə diplomlardan əlavə Zaman-Azərbaycan qəzetinin Şimal bölgə təmsilçiliyindən maraqlı jurnallar və “Gənclərin İntellektual İnkiaşaf Mərkəzi” tərəfindən müxtəlif ədəbiyyat verilmişdir.
Hiç yorum yok:
Yorum Gönder