Azərbaycanda uşaqların internet klublarında internetdən istifadəsi ilə bağlı bəzi məhdudiyyətlərin qoyulacağı, klubların fəaliyyətinə nəzarətin gücləndiriləcəyi gözlənilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, təhsildən yayınma və uşaqlar arasında zorakılıq hallarının baş verməsinə əsaslı təsir göstərən amillərdən biri məhz uşaqların internetdən kortəbii istifadəsi hallarıdır.
Bunu nəzərə alan Dövlət Komitəsi beynəlxalq, xüsusilə Türkiyə təcrübəsini ətraflı öyrənərək uşaqların internetdən təhlükəsiz istifadəsi məqsədilə təkliflər hazırlayıb. Təkliflər internet klublarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi istiqamətində proqramların hazırlanmasını nəzərdə tutur.

Təkliflərdə qeyd edilib ki, yaşı 12-dən aşağı olan uşaqları internet klublarına valideyn gətirməlidir. Yaşı 14-dən yuxarı olan uşaqlar isə saat 20:00-dan sonra internet klublarına yalnız valideynlə birgə gələ bilərlər.
Təkliflərdə bildirilib ki, internet klublarında uşaqların qumar, fiziki zorakılıq və digər zərərli vərdişləri təbliğ edən oyunlardan istifadəsi, uşaqların dərs zamanı internet klublarına gəlməsi qadağan edilsin. İnternet klubunun müvafiq rəhbər işçisi tərəfindən xüsusi elektron cədvəl hazırlansın və cədvəldə internetdən istifadə edən uşaqların qeydiyyatı aparılsın. Bu cədvəl yoxlama zamanı müvafiq şəxslərə təqdim edilməsi üçün istifadə edilə bilər.
Dövlət Komitəsindən o da əlavə edilib ki, internet klublarına nəzarət edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilməsi məqsədilə təklif hazırlanıb: “Uşaqların tərbiyəsinə internet klubları təsir edir. Düşünürük ki, İnzibati Xətalar Məcəlləsinə müəyyən dəyişiklik etməklə internet klublarının fəaliyyətinə hüquq-mühafizə orqanlarının nəzarət etməsini təmin etmək olar”.
http://qubalilar.biz/?p=5544
http://qubalilar.biz/?p=5544
Hiç yorum yok:
Yorum Gönder