10. Stounhenç

Təxminən
2500 il bundan əvvəl tikilib. Alimlər hesab edirlər ki, bu abidə günəş
şüasının düşmə dərəcəsini ölçür. Mayk Pirson belə hesab edir ki,
Stounhenç bir neçə mərhələdə 1500 il ərzində inşa edilib. 1986-cı ildə
UNESCO tərəfindən “Dünya İrsləri” siyahısına daxil edilən eramızdan
əvvələ aid Stounxedj abidəsi Birləşmiş Krallıqda Uiltleonun, Amesbury
ingilis qraflığının 2 mil qərbində, Solsberinin 8 mil şimalında
yerləşir. Dünyada ən məşhur sahələrdən biri olan Stounhenç yerə
bərkidilməklə böyük daşlar yığımı quraşdırılmış prospektdən ibarətdir.
Arxeoloqlar bu abidənin e.ə. 3000 – e.ə. 2000-ci illər aralığında
tikildiyini güman edir.
Tikilinin funksiyası üçün iki nəzəriyyə
mövcuddur. Bunlardan birincisi onun astronomik rəsədxana olması,
ikincisi isə dini sahə kimi istifadə olunmasıdır. Professorlar – Ceffri,
Timoti Darvill və b. təklif edib ki, Stounhenç şəfanın yeri idi. Onlar
israr edirlər ki, bu ərazidə dəfnlərin yüksək sayını tərtib edirdilər və
qəbirlərin bəzilərində travma eybəcərliyinin dəlilləri var idi. Lakin,
onlar etiraf edirlər ki, tikili ehtimal ki, çoxfunksiyalı idi və yaxşı
işlənmişdi. 2012-ci ildə gətirilən başqa bir nəzəriyyədə deyilir ki,
abidənin tikilməsində məqsəd Britaniyanın müxtəlif xalqlarını
birləşdirmək olub. Bu nəzəriyyə təklif edir ki, Stounhençin tikintisinə
daxil edilən əməyin böyük bir hissəsi regionlararası əməkdaşlığın tələbi
idi. Bu nəzəriyyələrdən indiyə qədər ən dolğun hesab ediləni
Stounhençin astronomik rəsədxana olması haqqında nəzəriyyədir. Abidə
haqqında edilən araşdırmalar günümüzdə də davam etdirilməkdədir.
9. Con Kennedinin qətli

1963-cü
il noyabrın 22-də ("qara cümə") prezident təyyarəsi Dallasdakı Lavfild
aeroportuna endi. Prezidentin mühafizəsi motorlaşdırılmış Dallas polis
idarəsi dəstəsi, təhlükəsizlik xidməti avtomobili və Məxfi Xidmət
agentlərindən ibarət idi. Kortejin önündə təhlükəsizlik xidməti
avtomobili, sonra altı polis motosikli, fərqləndirici işarələri olmayan
baş maşın və 1961-ci il modelli prezident "Linkolnu" gedirdi. İsti
havaya görə təhlükəsizlik agenti Louson "Linkolnun" orqanik şüşədən olan
üstünü çıxarmağı qət etdi. Prezident avtomobilini soldan və sağdan cəmi
dörd motosikletçi müşayiət edirdi, maşında isə iki Məxfi Xidmət agenti
var idi. "Linkolnun" arxasınca səkkiz nəfər agentlə "Kadillak" gəlirdi.
Buna baxmayaraq saat 12:30-da Kennediyə snayper tüfəngindən iki dəfə
atəş açıldı, birinci mərmi onun boynuna, ikincisi isə başına dəydi.
Prezident mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük
yerinə çıxdı. "Linkoln" Parklend Hospitelə yönəldi və həkimlər 25 dəqiqə
ərzində Kennedini xilas etməyə çalışdılar, lakin saat 1-də rəsmi olaraq
onun ölüm xəbəri elan edildi. Bütün hadisəni Abraham Zapruder kameraya
çəkmişdir. Həmin gün saat 13:46-da Senat işini dayandırdı, bir dəqiqə
sonra Nyu-York birjası bağlandı. Saat 13:49-da SİTA sui-qəsd haqqında
xəbər verdi. Saat 15:41-də tabut Vaşinqtona uçan prezident təyyarəsinə
yükləndi. Vaşinqtonda tabut gücləndirilmiş mühafizə altında Endrüs hava
bazasına çatdırıldı.
Kennedinin vəfatından sonra ABŞ Ali Məhkəməsinin sədri Erl Uorrenin rəhbərliyi altında yaradılmış komissiya (Uorren komissiyası) belə nəticəyə gəldi ki, prezidentin qatili Li Harvi Osvald tək hərəkət edib. Lakin növbəti araşdırmada Nümayəndələr Palatası qərara aldı ki, Kennedinin meyitinin yarılması standartlara uyğun şəkildə aparılmamışdır. Noyabrın 25-də Kennedi Arlinqton milli qəbiristanlığında torpağa tapşırıldı. Qəbirin üzərində Jaklin Kennedinin təklifi ilə daimi od yandırılıb.
8. Büllur kəllə

7. Qraf Drakula

6. Kəhrəba otaq

5. Sfinks məbədi

Adətən Sfinksdən danışarkən, hamının yadına Gizadakı Böyük Sfinks məbədi düşür. Lakin Sfinks Yunanıstan, Finikiya və Suriyanın simvolu olub. Onun sirri də elə yunan əsatirindən formalaşıb. Qədim yunanlara görə, insan öləndən Sfinks onun rurhundan soruşur: "O hansı varlıqdır ki, səhərlər dördayaq, günorta iki ayaq, axşamlar isə üçayaq olur?" Əgər insan ruhu buna cavab verə bilmirsə, Sfinks onu yeyir. Yox, əgər düzgün cavablandırırsa, o zaman Sfinks ölür. Bu suala düzgün cavab vermək isə yunan qəhrəmanı Edipə nəsib olur. Cavab isə "insandır". Böyük Sfinks məbədinin sirri onun yaşı, kim tərəfindən tikilməyi, daxilində nəyin olmasından ibarətdir.
4. Qarındeşən Cek

1888-ci ilin ikinci yarısında Uaytçapeldə və Londonun ətraf rayonlarında cinayətlər törədən naməlum qatilə və ya qatillərə verilmiş şərti addır. Cek adı Mərkəzi polis bürosuna qətli törətdiyini iddia edən bir şəxsin göndərdiyi məktubdan götürülüb və London qəzetlərində cinayət işlərilə bağlı nəşr olunan yazılar sayəsində məşhurlaşıb. Hamısı əxlaqsız qadın olan qurbanlardan beşinin eyni adam tərəfindən öldürüldüyü rəsmən öz təsdiqini tapıb. Ancaq Cekin törətdiyi güman olunan təxminən iyirmiyə yaxın cinayət var. Cek qeyb olduğuna görə bu cinayətlərin heç birinin üstü açılmayıb. Bu gün ingilis detektivlər və elm adamları müasir texnologiyanın köməyilə həmin cinayətlərin üstünü açmağa çalışır. Günümüzə qədər çatmış tək fiziki dəlil, qurbanlardan birinə aid olduğu iddia edilən şaldır.
3. Əhd sandığı

2. Kral Artur

Kral Arturun həqiqətən də mövcud olması və ya onun ingilis ordusu tərəfindən uydurulması indiyədək müəmma olaraq qalır. İlk dəfə onun adı 9-cu əsrdə müqəddəs Nenni tərəfindən çəkilib. Bundan sonra onun adı tarixçilərin əsərlərində boyük kral və döyüşçü kimi çəkilir. O, Uels, Şotlandiya, Norveç, Danimarka, Almaniya, Normandiya, Bretini və Qaliyaya rəhbərlik edirdi. Alimlərin son tədqiqatlarında Artur həqiqi kralların ümumuləşdirilmiş obrazı kimi verilir.
1. Atlantida - itirilmiş şəhər

İ.Danellinin
davamçılarından olan Vilyam Skott-Elliot tərəfindən tam həqiqət kimi
təqdim olunan konsepsiyaya görə, Atlantida bizim eradan yüzlərlə min
əvvəl yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyaya malik olub. Bu
unudulmuş qitə Atlantik okeanın böyük bir hissəsini tuturmuş. Onun
sərhədləri şimaldan indiki İslandiyaya, cənubdansa müasir Rio-de-Janeyro
şəhərinə qədər uzanırmış. İlk kataklizm təxminən 800 min il əvvəl baş
verib. Nəticədə Atlantida öz əvvəlki relyefini itirməyə başlayıb.
Amerika materiki bu nəhəng adadan ayrılıb. Nəhayət, bizim eradan əvvəl
9564-cü ildə dördüncü və sonuncu fəlakət baş verib. Və okean Atlantidanı
həmişəlik olaraq udub. Bunun nəticəsində planetimizin müasir quru və
dəniz sərhədləri indiki görüntülərini alıb. Skott-Elliota görə,
Atlantidanın iki milyonluq əhalisi olan paytaxtı Stavorot adlanıb.
Atlantida cəmiyyəti quldarlıq üzərində təşəkkül tapıbmış.
Hiç yorum yok:
Yorum Gönder