Etiketler

11 Kasım 2013 Pazartesi

DÜNYA XƏRITƏSI (Şeir)


Bir vaxt nəhəng dövlət idik,
Oldu talan torpağımız,
Cənab Babək, Koroğlu bəy-
Hanı qalan torpağımız?....
Görən BMT bilirmi?!
Dünya xəritəsi saxtadır.

Doymadı yerdən insanlar,
Nəfsi Aya, Marsa düşdü
Pay-puş oldu Azərbaycan
Çox hissəsi farsa düşdü
Dünya dağılmalı idi-
Haqq-ədalət insaf varsa!...
Allah bizi möhtac etmə -
Ermənin dostu farsa…


Təzə-tər dərə bilmədim,
 Gözüm solan güldə qaldı.
Samurdan sərhəd çəkdilər,
Dərbənd bizdən çöldə qaldı.
Canım Dərbənd, gözüm Dərbənd,
Dünya xər itəsi saxtadır
Dünya sökülür içindən
Qəmli-qəmli acı-acı
Oyunlarda bir adətdir
“NATO” qardaş “ATƏT” bacı
Sökün bu dünyanı təzədən yığın
Dünya xəritəsi saxtadır. 


İzmirağa Töhmərli 

Hiç yorum yok:

Yorum Gönder