Islam dinin insanlara fərz buyurduğu hökmlərdən
biri də Ramazan ayında tutulan Orucdur. Oruc
ibadət olmaqla yanaşı eyni zamanda insan nəfsinin sınağıdır. İnsan bir
ay bounca gün ərzində-- Sahurdan İftara qədər hec bir şey yemir, nəfsini Allah-Tealanın naz-
nemetlərdən uzaq saxlayır. Bu həmdə insanın aclığa qarşı bir sınağı və səbr
imtahanıdır.
Bütün il boyu qidalanan insan ilin bir ayı ac susuz qalmaqla özünü
belə imtahanla sınağa çəkir.
Oruc tutmaq həmdə sağlamlıqdır. Bu da bədənin
fizioloji baxımından təmizlənməsidir. Otuz gün ac qalan bədəndə insanın
orqaniziminə zərər verən mikro hüceyrelər insanın mədəsində yeterincə qida
olmamasından tələf olur.
Insan orqanizimini bir zavod kimi təsəvvür etsək, bu
zavodun ildə bir dəfə olsun fasiləyə ehtiyacı var. Ramazandan sonra isə insanın
həzm etdiyi qida yenicə istifadəyə verilmiş orqanlarda həzm olunur.
Orucluğun
sağlamlıq olması barədə Peyğambərimiz Hz. Muhammed (s.a.s)ın hədisini xatırlayıram. “Oruc tutun, sağlam olun”
Ramazan ayı eyni zamanda Mərhəmət ayıdır. Bu ayda
imkanlılar yoxsul kəslərə əl tutub, onlara fitrə, sadaqa, zəkat verməklə Mərhəmət qapılarını
açır Cənnət savabını qazana bilərlər.
O halda Allahın bizə verdiyi bu fürsətdən istifadə
edərək Cənnət savabını qazanmağa çox yaxınıq.
Hiç yorum yok:
Yorum Gönder