Vacib işim olduğu üçün Bakıya təcili gedib qayıdası
oldum. Qayıtmaq üçün beynəlxalq avtovağzala getdim. Rayona yola düşən marşuruta
minik başlamışsada hələdə boş yerlər çox idi.
Bu dəfə əvvəlkindən fərqli olaraq marşuruta belet almaq qərarına gəldim.
Bu dəfə əvvəlkindən fərqli olaraq marşuruta belet almaq qərarına gəldim.
Bunun üçün bilet satan kassanı axtarmalı oldum.
Kassanın aşağıda I mərtəbədə yerləşdiyini bildirdilər. Soraqlaşa-soraqlaşa aşağı düşüb kassanın yerini tapdım. Göstərilən məbləğdə pulu verib bileti aldım. Indi qaldı marşurutun dayandığı yeri tapıb avtobusa minmək. Aşağıdan yuxarı qalxaraq rayonlara gedən marşurutların yerinini axtarıb bir təhər tapdım. Bilettdə gosterilen vaxtda avtobusun yola düşməsinə 3 dəq dən də az qalırdı. Avtobusa yetişəndə artıq bütün yerlər tutulmuş, avtobus yola çıxmağa hazırlaşırdı. Əlimdə beleti tutub salona daxil olub sürücüyə təqdim etdim.
Hər şey elə bil bundan sonra başlandı. Sürücü “daha maşın dolub sənin üşün yer yoxdur” dedi. Mən buna etirazımı bildirındə sırnişinlərdə məsəlyə müdaxilə etməli oldular. Qabaqda oturan sərnişinlərdən biri “Sən haqqını tələb et, əgər bunu buraxsan bilet dəyərini itirəcək” deyə mənə məsləhət verirdi.
Bu söhbətdən sonra ara bir az da qızışdı. Mən burada bir şeyi hiss etdim ki, sərnişinlər mənim bilet almağıma narazı idilər. Mən elə bil bilet almaqla “qaydaları pozmuş olmuşdum”. Salonda əyləşən nisbətən orta yaşlı sərnişinin ifadəsi daha gülməli çıxdı. “Sən onu haradan aldın? Kassa harada yerləşir?
Bu zaman səs-küyə avtovağzalın başqa işçisi yaxınlaşdı. Geyimindən onu dispetçer olduğu bəlli olundu. O mənim biletimi əlimdən alıb sürücüyə yaxınlaşdı və sərnişini niyə aparmadığını çox sərt bir şəkildə soruşdu. Bundan sonra münaqişə bu iki nəfərin arasında başladı... Bir az kəskin mübahisədən sonra dispetçer mənə növbəti reysə çıxan marşuruta minməyi bildirdi. Sonra sürücünün qarısınca söyüşlər yağdırmağa başladı. Artıq mən bunları növbəti avtobusun boş salonundan izləyirdim.
Bu mübahisənin yalnız bir günahkarı vardı. O da “qanunsuz aldığım bilet idi”..
Hiç yorum yok:
Yorum Gönder