Dincəlmək üçün bir- iki həftəlik
kəndimizə getməli oldum. Kəndimiz Azərbaycanın şimal-şərqində, Şahdağının
ətəklərində yerləşirdi. Doğrusunu desəm getməyimdə əsas məqsəd nənəmə baş
çəkmək idi. Məni ən çox sevindirən də elə bu idi.
Nənəmgilin evində bir pişik vardı. Pişik ev
əhlinə qarşı mehriban idisədə, nənəmə qarşı bir az soyuq idi.
Pişik nənəmin evdə olduğu vaxt heç zaman evə yaxınlaşmazdı. Nənəmdə pişiyi
xoşlamırdı. Onu evdə gördükdə qovmağa çalışırdı. Pişik də onun səsini eşidəndə
evdən qaçıb həyətdə özünə məkan seçərdi. Elə pişiyin nənəmə qarşı olan soyuq
rəftarının səbəbi bu idi.
Nənəm mənə pişiklə bağlı bir əhvalat danışdı. Bir
gün həyətdə bizim dildə desək “dam
altında” sərin bir yerdə nalçanın üstündə oturmuşdum. Pişik həyətdə ora- bura
qaçır, elə bil hansısa bir ovu güdürdü. Ətraftda tam sakitlik idi. Birdən
pişik qəflətən üzərimə atıldı. Mən pişiyin bu hərəkətindən həm diksindim, həm
də qoruxdum. Öz-özümə fikirləşdim ki, pişik mənimlə oynamaq istəyir, ya da
yaxınlığımda siçan görüb.
Pişiyin bu hərəkətinə aydınlıq gətirmək üçün ayağa qalxdım və
nalçanı yerdən qaldırdım. Nalçanın altında nə görsəm yaxşıdır.. boz rəngli İ L A
N.
Bilmədim ilan ora niyə girib: - Ya istidən qaçıb
özünə sərin yer axtarıb, yada pişiyin pəncələrindən xilas olmaq istəyib.
Nə olursa olsun pişik sahibinə yenə də öz sədaqətin bildirib. Özünə məxsus xəbərdarlığı ilə.
Hiç yorum yok:
Yorum Gönder