Azərbaycanın
tarixində mühüm rol oynamış ağqoyunlular oğuzların Bayandur boyundandır.
Ağqoyunlu tayfaları hələ VI-VII əsrlərdən Azərbaycanın Araz çayı ilə Göyçə gölü
ətrafında, Alagöz yaylaqlarında yaşayırdılar.
Monqol yürüşləri zamanı Şərqi Anadoluya çəkilən ağqoyunlular XIV əsrin ortalarında Elxanilər dövlətinin süqutundan sonra Tur Əli bəyin rəhbərliyi altında güclü tayfa birliyində birləşmiş və dövrün siyasi hadisələrinə qatılmışlar. XIV əsrin sonunda tayfa birliyinin möhkəmlənməsində Qara Osmanın (1394-1435) mühüm xidməti olmuşdur. Bu zaman Diyarbəkr şəhəri bu tayfa birliyinin mərkəzi olmuşdur. Uzun Həsən 1453-cü ildə tayfa birliyinin rəhbəri olduqdan sonra onun mövqeyi daha da güclənmiş və Şərqi Anadoluda Qaraqoyunlulara məxsus şəhər və qalaların bir hissəsi onların ixtiyarına keçmişdir. Uzun Həsən Trabzon yunan dövlətilə sıx əlaqələr saxlamışdır.1461-ci ildə Sultan II Mehmetin yürüşü zamanı anası Sara xatunu onunla danışıqlara göndərərək bu hücumun qarşısını almağa çalışmışdır. Yassıçəmən sülhünün bağlanmasına baxmayaraq Trabzonu xilas etmək mümkün olmamışdır.

Uzun Həsən 1467-ci ildə Cahanşah, növbəti
ildə isə onun oğlu Həsənəli üzərində qələbədən sonra mərkəzi Təbriz şəhəri olan
Ağqoyunlu dövlətini yaratdı. Bu dövlətin ərazisinə qərbdə Fərat çayından şərqdə
Xorasana kimi, şimalda Kür çayından cənubda İran körfəzinə kimi olan torpaqlar
daxil edildi. Uzun Həsən 1477-ci ildə VI Baqrat üzərində qələbədən sonra Tiflis
daxil olmaqla Şərqi Gürcüstanı da Ağqoyunlu dövlətinə birləşdirdi.
Lakin Trabzonun itirilməsi Ağqoyunluları Qara dənizə çıxışdan məhrum etmişdir. Qaraman uğrunda rəqabət Ağqoyunlu-Osmanlı münasibətlərini kəskinləşdirdi və müharibə vəziyyətinə gətirdi. Uzun Həsən 1472-73-cü illərdə Osmanlılara qarşı hərbi əməliyyatlara başladı. Malatya döyüşündə qələbə qazansa da, Otluqbeli döyüşündə məğlub oldu. Bu savaşda məğlub olan türk-İslam dünyası, qalib olan isə Avropa –Xristian dövlətləri idi. Bu savaş eyni zamanda Osmanlının süqutuna zəmin yaratdı halda Ağqoyunlu dövləti bir daha özünə gələ bilmədi.

1478-ci ilin 6 yanvarında Uzun Həsənin ölümündən sonra Ağqoyunlu
dövləti zəiflədi və 1501-ci ildə Şərur döyüşündə Şah İsmayıl Səfəvi Sultan
Əlvəndi məğlub edərək Ağqoyunlu dövlətinə son qoydu.
Hakimiyyətdə olan hakimlər:
1. 1453-1478 Uzun Həsən
2. 1478-1490 Yaqub Mirzə
3. 1490-1492 Baysunqur
4. 1492-1497 Rüstəm Mirzə
5. 1497-1499 Gödək Əhməd
6. 1499 (may-dekabr) Məhəmməd Mirzə
7. 1500-1501 Əlvənd Mirzə
1. 1453-1478 Uzun Həsən
2. 1478-1490 Yaqub Mirzə
3. 1490-1492 Baysunqur
4. 1492-1497 Rüstəm Mirzə
5. 1497-1499 Gödək Əhməd
6. 1499 (may-dekabr) Məhəmməd Mirzə
7. 1500-1501 Əlvənd Mirzə
Hiç yorum yok:
Yorum Gönder