Etiketler

11 Şubat 2013 Pazartesi

REDAKTORLARIN SON SINAĞI



“Azad Könüllülər Klubu” İctimai Birliyin təşkilatçılığı ilə keçirilən “Elektron divar qəzet”-ləri sınaq mərhələsi başa çatmışdır. Rayonun şəhər və kənd məktəbləri daxil olmaqla 25 məktəbin iştirak etdiyi sınaq mərhələsinin son günü çox yüksək gərgin mübarizə şəraitində keçen mərhələsi 2 hissədən ibarət olmuşdur. 
Birinci hissə də redaktorlar ərsəyə gətirdiyi qəzetlərin təqdimatını etmiş, qəzetləri hazırlayarkən ortaya çıxan problemlərdən söhbət açmış, materialların necə və hansı şəraitdə hazırlaması qaydalarından məlumat vermişdilər.

Tədbirin ikinci hissəsi isə münsiflər heyətinin “Ən yaxşı qəzetin” seçim prosesinə ayrılmışdır. Seçim mərhələsi qəzetlərdə ən yaxşı təqdimat, tərtibat, kerativlik, dizyner və yazı qaydaları nəzərə alınmaqla keçirilir. Gərgin keçən müşavirə və müzakirədən sonra qalib elan olunmuşdur. Bütün keyfiyyətlər nəzərə alınmaqla, yüksək dizayner və yaradıcılıq işlərinin məharətlə işlədilməsi ilə hazırlanan I Nügədi 1 saylı orta məktəbin “Əkinçi” qəzeti və onun redaktor heyəti birinci yerə layiq görülmüşdür. Zərdabi məktəblilərinin təqdim etdiyi “Zaman” cox cüzi fərqlə ikinci yerdə qərarlaşdı. Şəhər məktəbindən olan Quba rayon 1 saylı orta məktəbin “Gənc işçi” qəzeti üçüncü yerlə kifayətlənməli oldu.

Təlimçi-müəllim Mehman Məmmədovun sözlərinə görə bu sınaq mərhələsindən sonra redaktorlara müsabiqə üçün müsəqil iş veriləcək. Mart ayında onların gətirilib təhvil verilməsi nəzərdə tutulur. Bu müsbiqədə qalib gələnləri Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirdə xüsusi hədiyyələrlə mükafatlanacaq.
Ondan sonra bu redaktorlar bloggerlik və vətəndaş jurnalistikası kursuna cəlb olunacaqlar. Əlbəttə ki, könüllü olaraq.

Tədbirin sonunda Quba rayon Gənclər İdarəsinin müavini Mənsur Ağayev təlimin keçirilməsinin gənclər üçün xeirli olduğunu, onların jurnalistika bacarığlarına yiyələnməsi üçün ən yaxşı fürsət olduğunu vurğuladı. Təlimdə iştirak edən digər müəllimlərdə belə təlimlərin tez-tez keçirilməsinin böyük əhəmiyyətin olduğunu bildirdi.

Tədbirin sonunda gənc redaktorlar xatirə şəkili çəkdirdi.

Hiç yorum yok:

Yorum Gönder