Etiketler

11 Ocak 2013 Cuma

Əsgərin postu


Bu yaxınlarda Daşkəsəndəki “N” saylı hərbi hissədə öldürülən əsgər cəmiyyətdə böyük ajantaj yaratdı. Bu hadisənin bir tərəfi ordudakı özbaşnalğdan xəbər verdi. Bu artıq o dərəcəyə gəlib catıb ki, 3 ayın əsgəri müammalı şəkildə dünyasını dəyişdi. Deyilənə görə o üç gün idi ki, dağdakı posta qalxmışdır. Əsgərin 3 günlük döyüş postundakı ölümünə səbəb dağdan yıxılması göstərilsədə  bu iddia geri götürüldü.
Hərbi xidmətimi döyüş bölgələrindəki postarda keçirən əsgər kimi gənc əsgərin ölüm səbəbini özümüçün araşdırmağa başladım. Bunu əsgərlikdə döyüş postlarında olanlar yaxşı bilər. Əsgər üç ay hərbi hissədə qaldıqdan sonra təyin olunmuş döyüş zonasına yaxın olan posta göndərilir. Bu postlara tikilişinə görə müxtəlif adlar verilir. Bura “zmelyanka” (qazma) və yaxud blindaj adlanıır. Burada bir blindajda ümumi kazarmadan fərqli olaraq 5-6, bəzəndə 7 nəfər olur. Buradakı qayda- qanunlar cox hallarda post böyüyü (starşıy post) tərəfindən qoyulur. Buradakı əsgərin vəzifəsi iki nəfər olmaqla silahla iki saat ərzində ətrafı diqqətlə müşahidə etməkdir. Postlara cavabdeh olan zabit və yaxud bölük komandiri gündə bir dəfə posta gəlib yoxlama aparır. Bura təzə gələn əsgər üçün post cox darıxdırıcı, həmdə üzücü olur. Ən pisidə şəhərdə səs-küyə öyrəşmiş olan gənc əsgərlər.
Bəzi postlarda əsgərlər sərbəst olduğuna görə yaxın yaşayış məntəqələrindən özlərinə gündəlik ərzaq ala bilir. Bunun üçün pul əsas məsələdir. Postların yazılmayan qaydalarına uyğun olaraq hər həftədə bir əsgər bu “bazarlığı” öhdəsinə götürür. Burada pul əldə etməyin ən rahat yolu hansısa bir komandirə və yaxud gizirə yaxınlaşıb ailəsi ilə telofonla danışıb əvəzində 10 manatlıq kontur yükləməkdir. Bir qaydaya görə burda 10 manatlıq danişiq kartı üçün zabitlər əsgərə 6,  7 manat ödəyir. Hər əsgər öz ailə vəziyyətini fikirləşib bunu etməyədə bilər. Əksər hallarda əsgərlər cavuş və zabitlər tərəfindən  təzyiqlərə məruz qadıqları üşün bunu etməli olurlar.
Ikinci bir səbəb isə yeni gəlmiş əsgərin yeni mühütə tez bir zamanda uyğunlaşmaması ola bilər. Təkrar etmək yerinə düşər ki, postdakı qayda qanuna hər bir əsgər sözsüz əməl etməlidir. Hamısı eyni yeməkdən yeməli, bir qabdan da su içməlidirlər.  
Vəfat etmiş əsgərin anası Samirə xanimin mediyaya açıqlamasında, oğlu Ceyhunun evde az hallarda yemək yediyini bildirdi. Özüdə ailənin tək ərköyün oğlu olduğu üçün ana həmişə onun xasiyyətinə görə güzəştə gedib.
Təəassüf ki postlarda belə hallara güzəştə gedilmir.
 Bütün bunları fikirşəndə yeni əsgərin ölümünə səbəb üçün uzağa getməyə ehtiyac yoxdur.
Bu bu il ərzində dünyasını dəyişən əsgərlərdən biridir. Xatırlatmaq üçün qeyd edirik ki, 2012 ci ildə  97 əsgər ölüb. Bunların 77- isə qeyri-döyüş itkilər olduğu bildirilir.

Hiç yorum yok:

Yorum Gönder