Nəhayət 2012- də yola saldıq. Bu ildə mənim üçün yadda qalan pis və yaxşı cəhətləri saymaq istəyirəm. Bu kimin üçünsədə maraqlı olmaya bilər. Blog ilə bağlı olaraq yazdığım bəzi yazılar bəzi sayt adminləri tərəfindən bəyənməyləri yaxşı cəhətlərdən oldu. Özümə xüsusi bilik qazandıran digər bir amil Qubada Fəal gənclər tərəfindən yaradılmış İctimai Birlik olan "Azad Könüllülər klubu" və onların təşkil etdiyi tur və bilik dərsləri Qubada yaşadığım bu 7 il ərzində ən yaxşı keyfiyyətlərdən oldu. Bu gənclərin sıralarına qoşulub Qubanın qədim tarixi, maraqlı təbii abidələri olan Xanagah kəndinə səfərimiz məndə Qubanın turizim imkanlarını fikirləşdiyimdəndə daha da geniş olması haqda rəy oyatdı. Klubun rəbbəri Mehman Məmmədovun Klubun məqsədi və naliyyətləri haqda Rayon Mədəniyyət evində etdiyi çıxışı yadda qalan günlərdən oldu. Rayon İcra Hakimiyyətinin bunu bəyənməsi yeni yaranmuş quruma həvəs gətirdi.
bundan başqa İntelektual dinləmələr keçirmerk üçün regionun Qusar və Xaçmaz rayonlarına səfərimizdə olmuşdur.
Pis cəhətlərdən yazmaq istəzdim. Qubada 2012- ci mart ayından bu yana aparılan quruculuq işlərindən qalan palçıqlı küçələrdən başqa yadda qalan pis cəht olmadı.
Hiç yorum yok:
Yorum Gönder