Etiketler

18 Ocak 2013 Cuma

KİŞİNİN SIRĞA TAXMASI



Qaydalara görə kişinin parıldayan üş aksesuarı olmalıdır. Bunlar saat, toqqa və ağızda olan dişdir. Son zamanlar bu aksesuara biri də əlavə olunub. Bu aksesuar sırğadır. Kişilərin sırga taxamsı hamı tərəfindən eyni qarşılanmır.  Şəhərdə bunu adi hal kimi qarşılasalarda, bölgələrdə bunu qəbul etmirlər.  Əslində bu sırğa nədir? Onu niyə taxırlar?
Sırğa taxmaq adəti  ilk dəfə Misirdə əmələ gəlib. Silvizaziyanın ilk insanları bunu bəzək üçün və ya  cadu-tilsimdən qorunmaq üçün istifadə ediblər. Sırğa ilk dəfələrdə iri halqadan ibarət ididsə zamanla kiçik sırğalardan istifadə olunub.
Daha sonra  Asiya mədəniyyətinə daxil olan sırgaları  cəmiyyətdə başqalarından secilmək ucun yalniz kişilər istifadə edir. Zaman ötdukcə qadınlar da sırgalardan istifadə edirlər. Qadinlar sırganı hər 2 qulağa kişilər isə yalniz sol qulaga taxirlar.  
Tarixdədə göründüyü kimi sirga tək qadınlara xas bəzək əşyası deyil. Həttda tarix boyunca daha cox kişilər sırgadan istifadə edib.
Həmdə sırga sırf bəzək əşyasi kimidə istifadə olunmayıb. Kecmiş dövürdə gəmiçilər uzaq səfərə cıxarkən qızıldan sirga taxardılar ki, gəmi qəzaya uğrayıb cəsədləri sahilə vurduğunda tapanlar dəfn xərcini ödəyə bilsinlər.
Azərbaycan tarixində qəhrəmanlarımızın Koruğlu, Babəkin  sırğa taxdığı məlum olub. Bundan başqa müxtəlif dövrün əyan və knyazları nüfuzlarına görə secilmək üçün sırğadan istifadə ediblər.
Tibbi yöndən sırğa taxmaq məqbul sayılır. Qulağın müəyyən hissəsindən deşik açılb taxılan sırğa insanlarda bəzi nervoloji xəstələrdə sinirlərin sakitləşdirilməsi üçün həkimim məsləhəti ilə taxılması mümkündür.
Dini baxımdan  sırğa taxmağın hökümü. Bəzi hüquqçular oğlanların da qulaqlarının dəlinə biləcəyini və bu cür bir hadisənin Hz. Peyğəmbər zamanında edildiyi halda qadağan edilmədiyini irəli sürməkdədirlər. Hər vəziyyətdə yetkin kişilərin qulaqlarını deşdirmələri və sırğa taxmaları çoxu hüquqçulara görə haram və bəzilərinə görə isə məkruhdur yəni qısaca caiz deyil.


Hiç yorum yok:

Yorum Gönder