Etiketler

28 Kasım 2012 Çarşamba

ADRİATİK DƏNİZİ i və yaxud MEHDİ HÜSEYNZADƏ


         Sizlərə Adriatik dənizi haqqında məlumat vermək istəmirəm. Onu bilirəm ki, bu dəniz Avropa qitəsində İtaliya ilə keçmiş Yuqaslaviya dövlətlərinin arasında yerləşir. Qəhrəmanımız olan əfsanəvi" Mixaylo" haqda bir az sonra. 
Keçən bazar günü ANS kanalında Zəhra "Ağıl dəryasında" dəryaları(?) yenədə sınağa çəkirdı. Sözə baxaa "dəryalar" . Orada dəryalara sual verildi ki, sovet İttifaqı Qəhərəmanı olmuş Bakılı balası Mehdi Hüseynzadə hansı dənizin sahillırində vuruşub. Abturyentlərin cavabları çox məntiqsiz oldu. biri Xəzər dənizi, biri də Qara dəniz cavablaını verdilər. Əgər Xəzərin sahilində vuruşubsa Onda niyə Yuqaslaviya dövləti onu "Qafqazın Qəhrımanı" adı ilə adlandırır. 
Bu mənim orta məktəbdə oxuduğum bir məqamı xatırlatdı. Biz həmin dərsi ədəbiyyat fənnindən keçərkən dərs danışmaq növbəsi mənə çatmışdır. Ədəbiyyat mənim ən çox sevdiyim  gələn dərslədən biri idi. Dərs danışarkən həmin mətnə öz təxəyyüllərimi əvavə edirdim. Bu məndə bir adət idi. Baxmayaraq ki, bu dərslikdə verilməmişdir. Sinifdə normal ab- hava var idi. Müəllim mənə qulaq assada hiss olunurdu ki, fikiri başqa yerdədir. Birdən müəllimin diqqətini sınamaq qərarına gəldim. Həmişə olduğu kimi bu dəfədə mətndə olmayan bir ifadəni əlavə etdim. " Mixaylo fikirə dalmışdı. Xəzərin ləpələri asta-asta pıçıldaşırdı... " deyib fikirimi müəllimə yönəltdim. Müəllim hec bir reaksiya vermədi. Və sonra dərsi danışıb başa catdırdım. Sonda laiq olduğum 5- i alıb yerimdə əyləşdim. 
Bunu məllimin fikirinin dağınıq olduğu kimi qəbul etdim.

26 Kasım 2012 Pazartesi

AŞURƏ GÜNÜ



       Dinimizdə olan müqəddəs günlərdən biri də “Aşurə günüdür”. Bu gün Məhərrəm ayının onuncu günü qeyd olunur. Elə mənasıda ərəbcədə “əşara” 10 deməkdir. Bu gün nə baş verib? Bu günün faziləti nədir?. Bununla bağlı çoxlu hədislər və tarixi rəvayətlər var.
          Bu ayın en qiymətli gecesi de Aşure gecəsidir. Allahü teâlâ, birçox duaları Aşurə günü qabul etmiştir. Hazret-i Âdəm’in tövbəsinin qəbul olması, Hazrət-i Nuh’un tufandan qurtulması, Hazret-i Yunus’un balığın qarnından çıxması, Hazrət-i İbrahim’in atəşdə yanmaması, Hazrət-i İdris’in canlı olaraq göyə çıxarılması, Hazrət-i Yaqub’un, oğlu Hazrət-i Yusuf’ə qovuşması, Hazrət-i Yusuf’un quyudan çıxması, Hazrət-i Əyyüb’ün xəstəlıkdən qurtulması, Hazrət-i Musa’nın Qırmızı dənizi keçməsi, Hazrət-i İsa’nın doğumu və ölümdən qurtulub, diri olaraq göyə çıxarılması Aşurə gününə təsadüf olunur.
       Məhərrəm ayı, Qur’an-ı kerimdə, qiymət verilen dörd  aydan biridir. Məhərrəmin birinci günü oruç tutmaq, o ili tamamın oruç tutmaq  kimi fəzilətlidir. Bir hadis-i şerif də belə deyilir.
(Ramazandan sonra en faziletli oruç, Muharrem ayında tutulan oruçtur.) [Müslim]
       Aşurə günün bizə yaxın olan tarixi hicrətin 60 – ildə Peyğəmbərimiz (s. ə. S)- ın mübarək nəvələrindən olan İmam Hüseyn (ə) Kərbəla düzündə Din uğrunda şəhid olmasından, İmam Hüseynin öz şəhadəti  bir qeyrət məktəbi, bir şəhidlik məktəbi qoyub getməsindən başlayır.
       Bu gün Dünyanın bir çox islam ölkələri kimdə respublikamızda xüsusi mərasimlə qeyd olunur. Bunu şəhər məscidlərində yaxşı görmək olar. Aşurə günü matəm günü kimi qeyd olunsada  o gün iş günü hesab edilir.  Bu gündə ən cox işindən ayrılıb məscidlərə yığışmaq, şəhadət gününü üzünə məxsus şəkildə qeyd etmək savab sayıldığını bilinir. Məscidlərimizin həyətlərində “Kimisi “imamlarımızı qətlə yetiriblər”, kimisi “İmam Hüseyni susuz qoyublar” deyib haray  salmaqla onları yad edirlər. Bir məqamda ondan ibarətdir ki, hansısa bir hədisi əlində bayraq edərək öz faydalı işlərindən ayrılıb aşurə mərasiminə zəncirlə özlərinə əzab verəcək qədər əzablı işə gedirlər. Hədisdə deyilir: "Bu gündə işləmək olmaz. İşləməyib yas saxlayan insana Allah həmin günün qazancın verər. İşləyib mənfəət qazanan insanın mənfəətini Allah əlindən alar". Bu mərasimdə insanın özünə əziyyət verib bədənindən qan çıxarmağı "xeyirli əməl" sayılır. Bunun təhlükə olduğunu başa düşən Dini idarə bu hərəkəti yasaqladı. Bunun üçün qan verməni sivil qaydada etmək üçün qərar verdi. 

      Bununla bağlı olaraq Regionun şimal bölgəsində  də aşurə günü xəstəxanalarda qanvermə aksiyası keçirilib.


  

25 Kasım 2012 Pazar

QUSARDA DEBAT MƏRKƏZİ

Qusar rayonunda “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin regional mərkəzinin açılışı oldu.
 

 Açılışda Milli Debat Proqramının koordinatoru Tural Abdullazadə çıxış edərək belə mərkəzlərin yaradılmasının gənclərin intellektual bacarığının, dünyagörüşünün artırılmasında, sərbəst düşünüb qərar vermək bacarığının inkişafında önəmli olduğunu qeyd etdi.

O, mərkəzin regionun şimal bölgəsində açılmasının xüsusi önəmi olduğunu bildirdi. Bu münasibətlə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin xüsusi diplomunu Qusar Gənclər və İdman İdarəsinə təqdim etdi. Qusar rayon Təhsil Şöbəsinin metodisti Qorxmaz Muradov bu mərkəzin Qusarda açılmasının rayonun gənclərinin intelektual səviyyəsinin yüksəlməsinə xeyli faydası olacağını bildirdi və birliyin kordinatoru Tural Abdullazadəyə təşəkkür və uğurlar arzuladı.
Qeyd edək ki, ölkəmizdə regionlarda ümumilikdə 7 debat mərkəzi fəaliyyət göstərir. Debat mərkəzinin təlimçi müəllimi Malik Bağırovun dediyinə görə, 8-ci debat mərkəzi Qarabağ zonasında - Ağdamda fəaliyyət göstərəcək. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlayıb. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. 

Mehman Fərmanov Qusar \ZAMAN AZƏRBAYCAN\

18 Kasım 2012 Pazar

QİYAMƏT HAZIRLIĞI

Dekabrda Kainatın təbii hadisəlrindən biri Günəşin tutulacağını və bunun bir- neçe gün davam edeceyini bildiriblər. Hətta Qiyamətin olacağı kimi də  dəyərləndiriblər. Tibetin mənəvi lideri Dalay Lama bunu  Şimalı Amerikanın qədim xalqlarından olan Mayyaların günəş təqviminə əsaslınıb dediyi fikiridir. Orada qeyd olunur ki, 2102- ci ildə Günəşin ömürü bitəcək, Dünya zülmətə qərq olacaq. Buda artıq qiyamət deməkdir. Deyilənlərə görə Paytaxtda bu hadisəyə cox ciddi yanaşanlarada var. Bəs buna regionlarda  münasibət necedir? Nece deyerler Qiyamete hazırdırlarmı?
Qusar ve Xacmaz rayonlarından fərqli olaraq Qubada bu məsələ bir az ciddi hala cevirilib. Bunu rayondakı bazar ve parəkəndə satış dükanlarında aparıldığımız sorğu təsdiq etdi. Satıcıların dediyinə görə şamların satışı coxalıb. Bir nəfər satıcı xüsusilə qeyd etdi ki, seher şam getirilir, günortaya kimi satılıb qurtarır. Amma qiymetlerinde artım yoxdur.Orda diqqetimi ceken bir meqam da o oldu ki, həmin satıcının "Bu hadisədən" xəbəri yox idi. Bazarda heqiqeten şam satışının artırılmasının şahidi oldum. Hətta dəmir- dümür satılan yerdə şamların quyulub satılması buna sübüt idi. 
Xacmaz rayonunda bu hadisəni sadəcə bir təbii hadisə kimi qarşılayırlar. Buna hec bir hazırlıq görürlər. Xaçmazlılar bunu Allaın qədəri hesab edib, Yaradanın özünüə həvalə edirlər.
Qusar rayonunda isə ümumiyyitlə buna şərh vermək istəmirlər. Elə bil bu hadisədən xəbərsizdirlər. Dükanlarada ümumiyyətlə şamı soruşan olmayıb. Yalnız məişətdə istifadəsi üçün.
Sonda bir şeyi bildirək ki, Tebetli Lider bunu "boş söhbət" adlandırıb. insanların təşvişə düşməsindən, bir çoxlarının ciddi stress keçirməsindən və təlaşından sonra din xadimi yeni açıqlama ilə çıxış edib. Sayıtlaradan verilən məlumata görə, o, bildirib ki, dünyanın axırı haqqında deyilənlər boş söhbətlərdir.

“Mən hamını əmin edirəm ki, dünyanın dağılması təhlükəsi yoxdur. Heç kim narahat olmasın” - deyə, o bildirib.

9 Kasım 2012 Cuma

45- CI PREZIDENT


Onunla eyni adı daşıyan Keniyalı bir ata ilə Ann Dunham adlı Kansaslı ağ bir ananın oğlu olan Obama, 4 Avqust 1961 Havay adalarında doğuldu. Havay Universitetində tanış olub evlənən cüt, Obama 2 yaşındaykən boşandı. Harvard Universitetində təqaüdlü oxuyan ata, daha sonra Keniyaya döndü və hökumət işində çalışdı.
 Obama 6 yaşındaykən, anası bu dəfə bir İndoneziyalı ilə evləndi, ailə Cakartaya daşındı. İndoneziyada yaşadığı 4 il boyunca dünyəvi və Xristian məktəblərinə gedən Obama, daha sonra nənə və babasıyla yaşayacağı Havay adalarına döndü və təhsilinə burada davam etdi.
 New Yorkdakı Columbia Universitetində Siyasi Elmlər fakültəsində təhsil alan Obama, 1988-ci ildə Harvard Hüquq Fakültəsinə qəbul olundu, buradakı fəallığı əsnasında "Harvard Law Review" jurnalının ilk Afrika mənşəli Amerikalı idarəçisi (menejer) i oldu.

                    SİYASİ HƏYATI

 1996-2004 illəri arasında Illinois əyalət senatoru olan Obama, 2004-ci ildə də ABŞ Senatına seçildi. Bu zəfərinin ardından medianın diqqətini çəkən Obama, Vaşinqtonunda ən tanınmış ünlülərindən biri oldu. Obamanın iki kitabı, çox satılanlar siyahısına daxil oldu.

 Barak Obama, 2007 – ilin əvvəllərində prezident postuna namizədi olduğunu elan etməsiylə birlikdə, digər namizəd, köhnə ABŞ Başçısı Bill Clintonun həyat yoldaşı Hillary Rodham Clinton ilə uzun davamlı bir mübarizəyə girişdi və qələbəsini elan etdi.
 New York Senatoru Hillari Klinton da, Demokrat Partiya qurultayında adını yazdıraraq, başçı namizədliyi mövqesinə yaxınlaşan ilk qadın olaraq Amerikan tarixinə keçdi.
 Obama, kampaniyasının başında "Vaşinqtondakı liderlərimizin, problemlərə praktik və sağlamfikirli həllər tapmaq üçün bir yerdə işləməkdən aciz olduğu görülür" deyərək, özünün bunu düzəltməyi məqsəd qoyacağını açıqladı.
 Barak Obamanın Demokrat Partiyanın rəsmi olaraq başçı namizədi olduğu isə İyun 2008-ci ildə dəqiqləşdi. Seçki kampaniyasında "dəyişmə" şüarını istifadə edən Obama,  liderlik yarışında ən çox hədiyyə əldə edən lider olaraq da rekord qırdı.
 ABŞ-ın İraqa müdaxiləsi əvvəlində döyüşə qarşı səsini yüksəldən, İraq döyüşünün başından bəri bunu tənqid edən Obama, İranlı liderlərlə də şərtsiz görüşmək üçün etdiyi inadlı cağrışlarına görə  tənqid olunmuşdu.

"ROK ULDUZU OBAMA"

 Obama, siyasətdə parlamasıyla birlikdə həm milli, həm də beynəlxalq sahədə "rok ulduzu" bənzətməsi edilən bir ünə və dəstəyə qovuşdu.
 Amerikalı məşhur took (talk show) şouçu Oprah Winfreyi kampaniyasına qatan Obamaya dəstək verən digər məşhurlar arasında Hollywood dünyasından Corc Clooney, Scarlett Johannson, Robert də Niro, Tom Hanks, Matt Damon, Halle Berry və məşhur musiqiçi Bruce Springsteen adı çəkir.
 Obama, adının davamlı "Alabama" ya da "Yo Mama" kimi səhv deyildiyi mövzusunda zarafatlar edir. CNN televiziyası da Obama ilə Əl Qaidə lideri Üsaməni (Bin Ladin) adlarını qarışdırmış və üzr istəmişdi.

 Barak Obama, 1964 doğulan və özü kimi Harvard Hüquq Fakültəsi məzunu olan Michelle Robinson ilə evli. Cütün, Maliyyəyə (10) və Saşa (7) adlı iki qız uşağı var.

2012 – ci ildə 51 yaşlı prezident Obama Respublikaçı namizəd Matt Roneyi (Mitt Romney) qabaqlayaraq ABŞ- ın tarixində növbəti dəfə prezident oldu.

6 Kasım 2012 Salı

KƏND TOYLARININ LƏZZƏTİ


Bu yaxınlarda  yazarlar tərəfindən toylar haqqında mediada yazılan yazılar mənimdə təəccübümə səbəb oldu.   Buradan bilmək olurdu ki, yazarların irad  tutduğu toy əsaasən şəhərdəki saray toylarına ünvanlanıb.  Onlar saray toylarında həddən artıq israfçılığa yol verildiyini, toya atılan pulların məbləğini yüksək olduğnu, masaların üstündə hər cür yemək olduğu halda ofisantlara 5- 3 man hörmət edərək, arda-arda kabab, qovurma, araq və s. sifariş vermələrini vurğulayıblar.
Hər şeyin müasirləşdiyi bir dövrdə kəndlərdə də bəzi adətlər yenililiklərin qurbanına çevirilir. Bu yenilik artıq kənd toylarına da öz təsirini göstərməkdədir. Axır vaxtlar kənd toyları öz adətlərindən uzaqlaşaraq  toy olan evin həyətində yox, rayondakı, bəzən Bakı şəhərindəki restoranlarında qeyd olunur. Buradan da bəlli olur ki, hər bir valideyn o qədər də imkanlı olmasına baxmayaraq öz oğluna adlı-sanlı toy çaldırmaq istəyir. Özlərindən soruşduqda ki, sənin belə geniş həyətin ola-ola niyə gəlib belə bahalı sarayda toy edirsən. Bunun cavabını iki səbəblə izah edir: 1- ci si bunun coxdan arzusunda olduğunu, 2- si də həyət- bacanı təmiz qalması üçün.

 Kənd toylarını ləzzəti onun bağcasında, təmiz havada oturub, odun sobasında hazırlanan bozbaşı, dolması, manqaldan isti- isti gətirlən kababındadır. Kəndin bu adətini dərk edəm bəyin şəhərdə yaşayan qohum-əqrəbaları bunun ləzzətini çıxarmaq üçün kənd toylarına məmnuniyyətlə özlərini yetirirlər. Şəhərdən qələn qonaqlar xüsusi hörmətlə qarşılanır. Onlara ev yiyəsi tərəfindən daha münasib yer təqdim olunur.
Toyun ən maraqlı yeridə onun calıb oynamağındadır. Burda bəzi nüanslara fikir verək. Şəhər toylarında tamadaya “hörmət edib” söz alıb danışa, bəyi təbrik edirsən. Sonra oyun havası sifariş edib, bəyi, lazım olarsa gəlini də rəqsə dəvət edə bilərsən. Bu yaxşı haldır. Burda pis məqam var ki,  sənin sifariş etdiyin mahnıya yerdə oturanların ayağa durub “sənin caldırdığın havaya”  şərik olmasıdır.
Kənd toylarında cadırda qurulan məclisdə hec kim əlinə mikrofonu alıb bəy üçün xoş söz deməyə cürət etməsədə o özü sifariş verdiyi mahnısını oynaya bilir. Bununla həm bəyə olan “hörmətini”  bildirir, həmdə toydan istədiyi kimi zövq alırdı. Özü də nə qədər istəsə. Təki toya “şabaş” salınsın.
 Toyun əsas kuliminasiya nöqtəsi gəlin gətirmə anıdır. Şəhər toylarında bəy-gəlin olan avtomobilə o qədər maşın qoşulur ki, adam görəndə bir sual haqda fikirləşir: “Görəsn bəyin bu qədər qohun əqrəbası var? Yada bəy həqiqətəndə hörmətcil adamdır. Deyirlər ki, höməti olanın dostu- yoldaşı da çox olar.Yoxsa burda da “pul məfhum”u öz işin görür.
 Burada bir faktıda qeyd etmək istəyirəm. Kənd məktəbində oxuyanda bir nəfər tanıyırdım. Atasıda kənddə tanınmış, hörmətli adamlardan biri idi. Həmin ailənin kənddə də, şəhərdə də xeyli tanışları var idi. 2006- cı ildə oğlanın toyu olanda gəlin gətirmək üçün cəmi 4 maşın var idi. Onlardan bir avtobus, biri isə toyu lentə köçürmək üçün operatru gəzdirən NİVA idi.

 Kənd toylarına bir nöqsan gətirlirsə o da havaların soyuq və yağışlı keçməsidir.

Indi sizə qalır hansı toyu seçmək. Fərqləri və müsbət keyfiyyətlərini siz deyin.