Etiketler

6 Kasım 2012 Salı

KƏND TOYLARININ LƏZZƏTİ


Bu yaxınlarda  yazarlar tərəfindən toylar haqqında mediada yazılan yazılar mənimdə təəccübümə səbəb oldu.   Buradan bilmək olurdu ki, yazarların irad  tutduğu toy əsaasən şəhərdəki saray toylarına ünvanlanıb.  Onlar saray toylarında həddən artıq israfçılığa yol verildiyini, toya atılan pulların məbləğini yüksək olduğnu, masaların üstündə hər cür yemək olduğu halda ofisantlara 5- 3 man hörmət edərək, arda-arda kabab, qovurma, araq və s. sifariş vermələrini vurğulayıblar.
Hər şeyin müasirləşdiyi bir dövrdə kəndlərdə də bəzi adətlər yenililiklərin qurbanına çevirilir. Bu yenilik artıq kənd toylarına da öz təsirini göstərməkdədir. Axır vaxtlar kənd toyları öz adətlərindən uzaqlaşaraq  toy olan evin həyətində yox, rayondakı, bəzən Bakı şəhərindəki restoranlarında qeyd olunur. Buradan da bəlli olur ki, hər bir valideyn o qədər də imkanlı olmasına baxmayaraq öz oğluna adlı-sanlı toy çaldırmaq istəyir. Özlərindən soruşduqda ki, sənin belə geniş həyətin ola-ola niyə gəlib belə bahalı sarayda toy edirsən. Bunun cavabını iki səbəblə izah edir: 1- ci si bunun coxdan arzusunda olduğunu, 2- si də həyət- bacanı təmiz qalması üçün.

 Kənd toylarını ləzzəti onun bağcasında, təmiz havada oturub, odun sobasında hazırlanan bozbaşı, dolması, manqaldan isti- isti gətirlən kababındadır. Kəndin bu adətini dərk edəm bəyin şəhərdə yaşayan qohum-əqrəbaları bunun ləzzətini çıxarmaq üçün kənd toylarına məmnuniyyətlə özlərini yetirirlər. Şəhərdən qələn qonaqlar xüsusi hörmətlə qarşılanır. Onlara ev yiyəsi tərəfindən daha münasib yer təqdim olunur.
Toyun ən maraqlı yeridə onun calıb oynamağındadır. Burda bəzi nüanslara fikir verək. Şəhər toylarında tamadaya “hörmət edib” söz alıb danışa, bəyi təbrik edirsən. Sonra oyun havası sifariş edib, bəyi, lazım olarsa gəlini də rəqsə dəvət edə bilərsən. Bu yaxşı haldır. Burda pis məqam var ki,  sənin sifariş etdiyin mahnıya yerdə oturanların ayağa durub “sənin caldırdığın havaya”  şərik olmasıdır.
Kənd toylarında cadırda qurulan məclisdə hec kim əlinə mikrofonu alıb bəy üçün xoş söz deməyə cürət etməsədə o özü sifariş verdiyi mahnısını oynaya bilir. Bununla həm bəyə olan “hörmətini”  bildirir, həmdə toydan istədiyi kimi zövq alırdı. Özü də nə qədər istəsə. Təki toya “şabaş” salınsın.
 Toyun əsas kuliminasiya nöqtəsi gəlin gətirmə anıdır. Şəhər toylarında bəy-gəlin olan avtomobilə o qədər maşın qoşulur ki, adam görəndə bir sual haqda fikirləşir: “Görəsn bəyin bu qədər qohun əqrəbası var? Yada bəy həqiqətəndə hörmətcil adamdır. Deyirlər ki, höməti olanın dostu- yoldaşı da çox olar.Yoxsa burda da “pul məfhum”u öz işin görür.
 Burada bir faktıda qeyd etmək istəyirəm. Kənd məktəbində oxuyanda bir nəfər tanıyırdım. Atasıda kənddə tanınmış, hörmətli adamlardan biri idi. Həmin ailənin kənddə də, şəhərdə də xeyli tanışları var idi. 2006- cı ildə oğlanın toyu olanda gəlin gətirmək üçün cəmi 4 maşın var idi. Onlardan bir avtobus, biri isə toyu lentə köçürmək üçün operatru gəzdirən NİVA idi.

 Kənd toylarına bir nöqsan gətirlirsə o da havaların soyuq və yağışlı keçməsidir.

Indi sizə qalır hansı toyu seçmək. Fərqləri və müsbət keyfiyyətlərini siz deyin.



Hiç yorum yok:

Yorum Gönder