Etiketler

23 Ekim 2012 Salı

Oğlunuzdan SMS var


Azərbaycanda hərbi xidmətə çağırılan çağırışçılar hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatları internet və ya qısa mesaj (SMS) vasitəsilə ala biləcəklər. Bu, Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiqlənmiş mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə göstərilən elektron xidmət növlərinin siyahısında nəzərdə tutulub.
Yeni siyahıya əsasən, çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi nəzərdə tutulur. Bundan başqa, hərbi xidmətkeçmə haqqında arayışın verilməsi də elektron formada aparılacaq. Yeni qaydaya əsasən, Dövlət Xidmətindən arxiv arayışlarını, eləcə də İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisini də elektron müraciət etməklə almaq mümkün olacaq.
Qeyd edək ki, bu dəyişikliyə əsasən, ölkəmizdə doğum, ölüm, nikah, nikahın pozulması, övladlığa götürmə və atalığı müəyyən etmək haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin internetlə qəbuluna da başlanıb. Bundan sonra vətəndaşlar ədliyyə orqanları və notariusların qəbuluna internet vasitəsilə onlayn yazıla biləcəklər.


ZAMAN AZERBAYCAN

Hiç yorum yok:

Yorum Gönder