Oktyabrın 19-da Quba rayon Mədəniyyət evinin akt zalında Azərbaycan
Respublikası Qeyri – Hökumət təçkilatlarına Dövlət dəstəyi Şurasının
təşkilatçılığı ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatınin
“erkən nikahlar və onların səbəbləri” layihəsi çərçivəsində Erkən
nigahlar və Gender bərabərliyi mövzusunda tədbir keçirilmişdir. Tədbirdə
iştirak edən Azərbaycan Demokratik Tələbə Gənclr Təşkilstının sədri
Asif Əsgərli və təşkilatın sədr müavini Gülnarə Bağırova bildirib ki, bu
tədbirin keçirilməsində məqsəd Respublikanın bölgələrində erkən nikah
məsələlərini müzakirə etməkdir.
Asif müəllimin sözlərinə görə Respublikada erkən nikah problemləri
əsasən bu ərazilərdə təsadüf olunduğu üçün biz bu problemlərlə yaxından
tanış olmalı, onların həyata keçirilmə səbəblərini axtarmaq və bunun
qarşısını alınmasında gənclər arasında maarifləndirmə işinin
aparılmasıdır.
Tədbirdə çıxış edən təşkilatın sədr müavini Gülnarə xanım bu layihəni
gələcəkdə daha da artırmalı belə tədbirləri kənd yerlərində
valideynlərlə birlikdə keçiriləcəyini bildirdi. Bu layihıyə uyğun
keçirilən tədbirlər tərəfimizdə xüsusi hazırlanacaq kitabda öz əksin
tapacaq. Hələlik bizim tədbirlərmiz internet portallarında yer alır.
Tədbir Rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin işçiləri, Quba
rayon Gənclər və İdman idarəsi, “Yurd” Gənclərin İntellektual İnkişafına
Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Qubada yeni yaranmış "Azad Könüllülər" klubunun heyəti və rayonun təhsil
ocaqlarının tələbələri və fəal gənclərin yüksək fəallığla keçmişdir.
Hiç yorum yok:
Yorum Gönder