
Bu dəfə möminlərə başqa bir maneə səbəb oldu. Onsuzda avtomobillərdən daralan şəhərə növbəti avtomobil karvanı təşrif buyurdu. Deyilənə görə 30 müxtəlif avtomobildən ibarət olan bu karvan 3 gün Bakıda yarışa girəcək. Bu sürətdən ləzzət alanlar üçün "əsl adrealin"dir. Bu adrealin möminlər üçün əsəb və narahatçılıq oldu. "Namaz mənim meracımdır" deyən Peyğəmbərimiz Hz. Muhamməd (s. a. s) in merac hesab etdiyi namaza mömin insanlar vaxtında yetişə bilmədilər. Azərbaycan Dünya çempianatı kimi iri yarışlara ev sahibi olur. Amma niyə bu ralli yarışının? Axı bizdən bu yarışda təmsil olunan idmançı olmayıb.Nəyə görədə Müsəlmanların müqəddəs hesab etdiyi Qurban bayramı günlərində? Bu əvvəlcədən düşünülmüş insan faktorudur yoxsa zərurətdən yaranan təsadüf?
Burda bir faktı qeyd edim ki, Bu "Ralli" lərə görə yollar bağlanıb. Buda yollarda tıxacın yaranmasına səbəb olub. Budakı qəzasız ötüşməyib. Bakı dairəvi yolda 8 avtomobilin toqquşması və 2 nəfərin ölümü ilə bağlı yol qəza hadisəsi baş verib.
Hiç yorum yok:
Yorum Gönder