Etiketler

27 Eylül 2012 Perşembe

Marşurut məsələsi


Qubada tikinti sahəsində aparılan işlər ümüd variq ki. tezliklə xoş sonluqla başa catacaq. (Əlbəttə ki, təzə salınmış səkilərin sökülməyini, yerindən qopmuş baryellerin tökülməsini nəzərə almasaq.) Axı Qubada bayram olacaq. Qubanın simvolu olan ALMA bayramı. Görülən işlərin bayrama qədər sona catdırılmasada bayramdan sonra düzələcək.

Bunları şəhər nəqliyyatı haqda demək doğru olmazdı.Şəhər nəqliyatı yene de bərbad gündədir. Baxmayaraq ki, yeni avtovağzal istifadəyə verildi və bildirdilər ki, hər üç dəqiqədən bir şəhərarası marşurt xətdə çıxır. marşurutların bərbad olması ona görə deyirəm ki, sərnişinlər yarım saatdan sonra gələn marşuruta yaxınlaşıb minirlər. Amma marşurut yerindən tərpənmirki- tərpənmir. Sürücü özünə məxsus ifadə ilə bildirir ki. "Hələ boş yer var qoy iki bir-nəfər də gəlsin". Gözləməkdən marşurtda olan sərnişinlərdə rafları tərk edirlər. Belə olan halda sərnişinlərlə sürücülər arasında münaqişə yaranır. Belə münaqişəlırdən biri də bir- necə gün bundan qabaq "Əli Ticarət mərkəzi" kimi tanına yerdı baş verib.Şəhərarası işləyən "mercedes raflar" dan biri sərnişinlə dolu olsada yerindən tərpənmir. Baxmauaraq ki, bütün oturacaq yerlərin hamısı dolmuşdur.Bundan başqa ondan sonra gələn marşurutlar bir neçesi gelib keçmişdir. Sürücünun bu sayqısızlığı sərnişinlərdən birinin qəzəblənməsinə səbəb oldu.Marşurut sürücüsü ilə tutuşmalı oldular. Araya müdaxilə edən PPX- əməkdaşı onları sakitləşdirə bildi. Sonda Mercedes-Rafın sərnişinləri maşını tərk edib arxadan gələn maşına minib ordan uzaqlaşdılıar.

25 Eylül 2012 Salı

Köhnə əsginazları təzələmək


Bele bir deyim var “pul əl çirkidir”. Bu nə qədər düz məsəl olsa da bu vaxta kimi pulun çirkliyindən usanıb onu atan olmayıb. Əksinə onu əldə etmək üçün calışıbmış, pullarını itirməməyə cəhd etmişdilər. Pul çirkli, əzilmiş və yaxudda cırılmiş ola bilər. Budakı təbiidir. Əldən-ələ keçən pulun materialı kağız olduğu üçün onun əzilməsi, cirklənməsi və nəhayət cırılması mümkündür.
Bəs bu köhnəlmiş, dəyərin itirməsədə xarici görünüşü pozulmuş pullar necə “təmizlənir”. Bu əsginazlar dükanlarda qəbul olunmur. Hər gün bazar və dükanlarda bu problemlə qarşılaşırıq. Satıcılar israrla belə pulların qəbul edilmədiyini bildirirlər. Bu veteran əsginazlara heç bank əməliyatlarını həyata keçirən poçt şöbələrində də yer yoxdur. Poçtlardan bildirdilər ki, bu əskinazlar yalnız Milli bankın filiallarında qəbul olunur. 
“Mərkəzi Bankdan ZamanAzərbaycan qəzetinə verilən məlumata görə, tədavülə yararlı, yararsız v həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət, səthinin 60% - dən az olmayan hissəsini  və ya eyni əsginaza məxsus hissələrdən ibarət səthinin 100% - ni saxlanmış pul nişanları banklar tərəfindən  məhdudiyyət qoyulmadan qəbul edilməli və dəyişdirilməlidir.

23 Eylül 2012 Pazar

Pirvahidin adı dəyişdirilə bilər.


         Pirvahid kəndinin adı dəyişilə bilər. “Bunu bilik günü”- ə həsr olunmuş tədbirdə çıxış edən Pirvahid kənd tam orta məktəbin direktoru Xanlar Zəkəriyyəyev çıxışında dedi. Onun sözlərinə görə kəndin adı Pirvahid yox, Pir- Vahid olacaq. Bunun səbəbi onunla bağlıdır ki, Pirvahid belə heç bir məna kəsb etmir. Amma Pir- Vahid isə bu hansısa şəsxsin adına aid olduğu bildirilir. Bu özü də müqəddəs adam olub.Onun adına hörmət etmək lazımdır. Bu təklifə kənd cammat da razıdır. Teziliklə kəndin camaatı adından imza toplanıb Nazirlər Kabinetinə göndəriləcək.
         Xatırlatmaq üçün qeyd edek ki, kəndin adındakı PİR sözü farsca - qoca, şeyx,  müqəddəs adam mənasına gəlir. Həmin Vahid adındakı şəxs deyilənlərə görə dini alim olub XVII əsrdə o ərazidə yaşamışdır. Kəndəki köhnə qəbirstanlıqda bunu sübüt edən daş kitabələr mövcuddur. Buradan da görünür ki, Pirvahid kəndi XV- əsrdən yaşayış məskəni olub. 
     Onuda nəzərinizə çatdıraq ki, kəndə məxsus 1925-26 illərə aid arxiv sənədlərdə kəndin adı Pir- Vahid kimi qeyd olunub.

16 Eylül 2012 Pazar

ALMA BAYRAMININ VAXTI DƏYİŞİLDİ.

Qubada Alma bayramı oktyabrın 6 da keçiriləcək. Bu barədə Rayon İcra hakimiyetinin mətbuat katibliyindən Zamana bildiribler. Katibliydən verilən məlumata görə Alma bayramı oktyabrın 5 -ə təyin olunmuşdusada təqvimdəki müəyyən günlərə görə vaxtı dəyişdirildi. Artıq RİH-də tədbirin planına hazırlıq başlanıb.

Qubada bilik günü

Bilik günü Qubada 6 məktəbən açlışı oldu. Bunlar Möhüc, İspik, Güləzi, Talabı və Talabıqışlaq kəndlərində yeni tikilib istifadəyə verilən məktəbləridir. Bunlardan başqa Quba Azad Məmmədov adına təbiət- təmayüllü 2 saylı məktəb və yeni tililib istifadəyə verilmiş 1 saylı körpələr evi və uşaq baxçası müəllim və şagirdlər üçün qapılarını açdı. Açılış mərasində millət vəkili Vahid Əhmədov, Yevda Abramov və Nəqliyyat Naziri Ziya Məmmədov iştirak ediblər.  tədbirdə çıxış edən Nəqliyyat naziri Ziya Məmmədov dövlətin təhsilə həmşə qayğı göstərdiyini bildirib. "Dövlətin inkişafı yalnız elm və təhsillə mümkündür" deyə qeyd etdi. Mərasimin sonunda Nazir 2 saylı məktəbə 20 ədəd, Uşaq baxçasına 10 ədəd komputer dəstini hədiyyə etdi. Xatırladaq ki Qubada 4200 uşaq bu il ilk dəfə olaraq məktəbə qədəm qoyub.
Respublikada isə 130 min454 uşaq I sinifə gedib.

13 Eylül 2012 Perşembe

Regionda qiymət artımı

             Bakıda  ətin və unun qiymətinin bahalaşması  haqda mətbuatda xəbər getmişdi.  Buna görə çörəyin qiymətinin bahalaşması gündəmdə idi. Regionlarada çörəyin qiyməti qalxmasada ətdə və unda bahalaşma qeydə alınıb. Bir kisə 50 kq un 16 man- dan 20 mana qədər qalxıb. Ət Qusar rayonunda bahalaşaraq dana əti 8 man quzu əti 9 man- a olub. Quba və Xaçmazda ətin qiymətində bahalaşma hiss olunmayıb. Satıcılar buna ehtiyac duymadıqlarını söylədilər.

Təhsil işçilərinin konfransı

 Qubada Heydər Əliyev adına Mədəniyyət Mərkəzində rayonun təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanov 2011-2012-ci tədris ilinin yekunları, yeni dərs ilində qarşıda duran vəzifələrdən söz açıb.


 O, Quba rayonunun təhsil sahəsində son illər bir sıra uğurlara imza atdığını vurğulayıb. Onun sözlərinə görə, bu il ali təhsil ocaqlarına rayon üzrə 292 nəfər qəbul olunub. Daha sonra o, rayonda inşa olunmuş, eləcə də tikilməkdə olan və əsaslı təmir edilmiş məktəblər barədə ətraflı məlumat verib. Bildirib ki, 100 il ərzində rayon ərazisində cəmi 17 məktəb inşa olunmuşdusa, təkcə 2005-2012-ci illər ərzində Qubada 60 yeni məktəb binası inşa olunub. Təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi ilə yanaşı, təhsilin keyfiyyəti də yüksəldilib. Cari il rayonun orta məktəblərinin buraxılış imtahanlarında 27 məktəb 100 faiz nəticə göstərib. Süleyman müəllim bəzi məktəblərin problemlərindən də söz açıb. Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adıgözəlov dövlətimizin təhsilə göstərdiyi xüsusi qayğısından danışıb: “Bunun müqabilində müəllimlərimizdən yüksək peşəkarlıq tələb olunur”.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev bu ali məktəblərə qəbul prosesində fərqlənməyən məktəblər barədə söz açıb. Bildirib ki, həmin məktəblərin hansısa problemi varsa, onları aradan qaldırmağa hər an hazırdır. O həmçinin digər təkliflər də səsləndirib. Onun sözlərinə görə, məktəblərdə açıq dərslərə üstünlük verilməli, öz işinə daha məsuliyyətlə yanaşan müəllimlər fərqləndirilməlidirlər.
Konfransın sonunda iştirakçılar adından ölkə başçısına müraciət də göndərilib.
Qeyd edək ki, tədbir çərçivəsində qəbul imtahanlarında 550-600 bal toplayan abituriyentlərə mükafatlar təqdim olunub.

11 Eylül 2012 Salı

Vüsal Əliyev həbs edildi

 Onu Xətai polisi qandallayıb.

http://qafqazinfo.az
Bir vaxtlar populyar olan Azərbaycan müğənnisi həbs edildi. Söhbət müğənni Vüsal Əliyevdən gedir. Onu Xətai Rayon Polis İdarəsinin əməkdaşları saxlayıblar.

İdarədən Milli.Az-a verilən məlumata görə, V.Əliyev Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub.

Onu da əlavə edək ki, V. Əliyev bir müddət Moskvada yaşayıb.

10 Eylül 2012 Pazartesi

Qubada Alma bayramı

Qubada Alma bayramı oktyabr 5- i keçirləcək.Bu barədə rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev bu gün keçirilən Müəllimlərin konfransında dedi.Onun sözlərinə görə o gün eyni zamanda Qubanın fəal gəncləri də layiq olduqları hədiyyələri alacaqlar.
Bu gün keçirilən Müəllimlərin konfransında məruzə ilə çıxış edən Rayon təhsil şöbəsinin müdirü Süleyman Aslanov bu ilki təhsili qənaət bəxş hesab etdi. Onun sözlərinə görə Bu il 230 abuturiyent Ali təhsil müəssisələrinə qəbul olunub.

Toydan qayıdan gənci maşın vurdu.

Quba raynunda yol- qeza hadisesi baş verib. Hadisə ayın 9-u axşam saatlarında Quba - Bakı- Rusiya avtomobl yolunun 166 km də baş verib. Qubanın Amsar kənd sakini Telman Dadaşovun idarə etdiyi VAZ-2106 markalı maşın yolu keçən piyada 22 yaşlı Xəlil Xəlilovu vurub. Xəstə ağır vəziyyətdə xəstəxanaya yerləşirlib. Xəstəxananın cərahiyyə şöbəsinin həkimi Ramazan Fətəliyevin R-tv yə açıqlamasında xəstənin vəziyyətinin stabil ağır olduğunu bildirib. Qeyd edək ki, Xəlilov Xəlil toydan qayıdanda yolu keçmək istyəndə vurub.

8 Eylül 2012 Cumartesi

Heç xəyallarınızdan sıfır aldınızmı?

Yeddinci sinifdə oxuyurdu. Müəllim bir gün onlara gələcək xəyalları ilə bağlı bir inşa yazmağı tapşırdı. O, bütün gecəni oturub yeddisəhifəlik bir inşa yazdı. Xəyallarını ən xırda təfərrüatlarına qədər kağıza köçürdü.

 O, gələcəkdə at yetişdirmək istəyirdi. Hətta kağız üzərində binaların, atlar üçün tövlələrin, cıdır meydanlarının layihəsini də çəkmişdi. Bu layihələrin arasında 1000 kvadratmetrlik bir evin planı da var idi...
Ertəsi gün inşasını müəllimə verdi. İki gün sonra müəllim inşaları qaytardı. Qəribə də olsa o, bu inşadan “sıfır” almışdı. Üstəlik, inşanı yazdığı kağızın üzərində “Dərsdən sonra yanıma gəl” sözləri yazılmışdı. Dərs qurtaran kimi müəllimin yanına getdi. Maraqla: “Mənə niyə “sıfır” vermisiniz?” - deyə soruşdu. Müəllim: “Sənin yazdıqların real bir şey deyil”, - dedi. Sonra da əlavə etdi: “Sən köçəri bir ailədə doğulmusan. Üstəlik, o qədər pulun da yoxdur. Bu iş üçün çoxlu pul lazımdır. Əgər inşanı yenidən yazsan, onda qiymətini dəyişərəm”.
Evə qayıtdı, uzun-uzadı düşündü. Xeyli götür-qoydan sonra səhərisi gün heç bir dəyişiklik etmədən inşasını müəllimə qaytardı və “Siz verdiyiniz qiyməti dəyişməyin, mən də xəyallarımı”, - dedi.
Aradan illər keçdi. O, bütün xəyallarını həqiqətə çevirdi. 200 hektarlıq bir sahədə binalar, atlar üçün tövlələr, cıdır meydanları tikdi, ortasında da 1000 kvadratmetrlik bir ev... Neçə illər əvvəl yazdığı inşa isə balaca bir çərçivədə buxarının üstündən asılmışdı.

3 Eylül 2012 Pazartesi

Ərşad Əzimzadə haqq yolundan yazır.

“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-publisist Ərşad Əzimzadə “Bəşəriyyətin xoşbəxtlik konsepsiyası” adlı kitab üzərində işləyir.


 Bu barədə qəzetimizə müəllifin özü məlumat verib. O, kitabın yaxın aylarda oxuculara təqdim olunacağını bildirib. Kitabın oxucular tərəfindən maraqla qarşılanacağını əminliklə vurğulayan Ərşad müəllim daha sonra deyib: “Kitabda söhbət ayrı-ayrı dövrlərdən deyil, bəşəriyyətin itirdiyi haqq yolundan gedir. Müasir zəmanəmizdə hər kəs bu və ya digər problemi kənarda axtarır. Əslində isə problem hər bir insanın öz içindədir. Bir sözlə, kitabda bugünkü insanın dağıdıcı qüvvəyə necə cevrildiyinin mexanizmini göstərməyə çalışmışam”.
Qeyd edək ki, Ərşad Əzimzadə 1934-cü ildə Zəngilanda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət “Azərbaycan gəncləri”, “Azərbaycan” qəzetlərinin şimal bölgə təmsilçiliyində çalışıb. Hazırda, əsasən, sağlamlığa aid bir sıra əsərlər üzərində çalışır. İndiyədək onun iki kitabı “Möcüzəsiz möcüzə” və “Rədd olsun eynəklər” kitabları çapdan çıxıb.

ZAMAN AZƏRBAYCAN   25 Avaust 2012.

Azərbaycanda 870 min“Facebook” istifadəçisi var

13219439791332564664.pngSon 3 ay ərzində “Facebook” sosial şəbəkəsində qeydə alınan Azərbaycandan olan istifadəçilərin sayı 11,5% və ya 89,7 min artaraq, avqustun 31-nə 870 mini ötüb. Bu barədə sosial şəbəkələrin statistikası ilə məşğul olan “Socialbakers” Mərkəzinin hesabatında bildirilir.  

Hesabata əsasən, əgər cari ilin iyunun əvvəlində “Facebook”da qeydə alınan Azərbaycan istifadəçilərinin sayı 780,3 min təşkil edirdisə, hazırda bu göstərici 870 mini ötüb. Son bir ay ərzində isə istifadəçilərin sayı 15,6 min və ya 1,8% artıb. Bununla da Azərbaycan “Facebook”da istifadəçilərin sayına görə tərtib edilən dünya reytinqində 84-cü yeri tutur. Belə ki, Azərbaycan bu göstəriciyə görə iyulda 85-ci, iyunda 86-cı, mayda 87-ci, yanvarda isə 91-ci mövqedə yer alıb. Azərbaycan reytinqdə Gürcüstan (85-ci yer), Qazaxıstan (100-cü yer), Estoniya (105-ci yer), Belarus (108-ci yer), Latviya (110-cu yer), Ermənistan (113-cü yer), Moldova (118-ci yer), Özbəkistan (136-cı yer), Qırğızıstan (155-ci yer), Tacikistan (172-ci yer) və Türkmənistan (202-ci yer) kimi ölkələri qabaqlayıb.Ümumiyyətlə, Azərbaycanda sözügedən sosial şəbəkədən əhalinin 10,5%-i və ümumi internet istifadəçilərinin 23,7%-i yararlanır.
Qeyd edək ki, dünyada “Facebook”dan istifadə edənlərin sayına görə birinci yeri ABŞ (163 mln. istifadəçi), ikinci yeri Braziliya (56 mln. istifadəçi), üçüncü yeri isə Hindistan (53 mln. istifadəçi) tuturlar

2 Eylül 2012 Pazar

MÜƏLLİMLƏRƏ SERTİFİKAT VERİLDİ.

Qubada V sinifdə dərs deyən müəllimlər üçün keçirilən Azərbaycan tarixindən kurikulum tədris kursları başa catıb. kursu başa vuran müəllimlərə 2 dərəcə olmaqla buraxılış sertfikatları verilib.
Rayon təhsil şöbəsindən əldə etdiyimiz məlumata görə Azərbabycan tarixi fənindən 91 müəllim kursda iştirak etmişdir. Ümumiyyətlə bu il kurslara 870 müəllim iştirak edib. Təlimə cavabdeh olan şəxslər kursların keçirilmə vəziyyətini qənaət bəxş hesab edirlər.