Etiketler

8 Eylül 2012 Cumartesi

Heç xəyallarınızdan sıfır aldınızmı?

Yeddinci sinifdə oxuyurdu. Müəllim bir gün onlara gələcək xəyalları ilə bağlı bir inşa yazmağı tapşırdı. O, bütün gecəni oturub yeddisəhifəlik bir inşa yazdı. Xəyallarını ən xırda təfərrüatlarına qədər kağıza köçürdü.

 O, gələcəkdə at yetişdirmək istəyirdi. Hətta kağız üzərində binaların, atlar üçün tövlələrin, cıdır meydanlarının layihəsini də çəkmişdi. Bu layihələrin arasında 1000 kvadratmetrlik bir evin planı da var idi...
Ertəsi gün inşasını müəllimə verdi. İki gün sonra müəllim inşaları qaytardı. Qəribə də olsa o, bu inşadan “sıfır” almışdı. Üstəlik, inşanı yazdığı kağızın üzərində “Dərsdən sonra yanıma gəl” sözləri yazılmışdı. Dərs qurtaran kimi müəllimin yanına getdi. Maraqla: “Mənə niyə “sıfır” vermisiniz?” - deyə soruşdu. Müəllim: “Sənin yazdıqların real bir şey deyil”, - dedi. Sonra da əlavə etdi: “Sən köçəri bir ailədə doğulmusan. Üstəlik, o qədər pulun da yoxdur. Bu iş üçün çoxlu pul lazımdır. Əgər inşanı yenidən yazsan, onda qiymətini dəyişərəm”.
Evə qayıtdı, uzun-uzadı düşündü. Xeyli götür-qoydan sonra səhərisi gün heç bir dəyişiklik etmədən inşasını müəllimə qaytardı və “Siz verdiyiniz qiyməti dəyişməyin, mən də xəyallarımı”, - dedi.
Aradan illər keçdi. O, bütün xəyallarını həqiqətə çevirdi. 200 hektarlıq bir sahədə binalar, atlar üçün tövlələr, cıdır meydanları tikdi, ortasında da 1000 kvadratmetrlik bir ev... Neçə illər əvvəl yazdığı inşa isə balaca bir çərçivədə buxarının üstündən asılmışdı.

Hiç yorum yok:

Yorum Gönder