Etiketler

13 Eylül 2012 Perşembe

Təhsil işçilərinin konfransı

 Qubada Heydər Əliyev adına Mədəniyyət Mərkəzində rayonun təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanov 2011-2012-ci tədris ilinin yekunları, yeni dərs ilində qarşıda duran vəzifələrdən söz açıb.


 O, Quba rayonunun təhsil sahəsində son illər bir sıra uğurlara imza atdığını vurğulayıb. Onun sözlərinə görə, bu il ali təhsil ocaqlarına rayon üzrə 292 nəfər qəbul olunub. Daha sonra o, rayonda inşa olunmuş, eləcə də tikilməkdə olan və əsaslı təmir edilmiş məktəblər barədə ətraflı məlumat verib. Bildirib ki, 100 il ərzində rayon ərazisində cəmi 17 məktəb inşa olunmuşdusa, təkcə 2005-2012-ci illər ərzində Qubada 60 yeni məktəb binası inşa olunub. Təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi ilə yanaşı, təhsilin keyfiyyəti də yüksəldilib. Cari il rayonun orta məktəblərinin buraxılış imtahanlarında 27 məktəb 100 faiz nəticə göstərib. Süleyman müəllim bəzi məktəblərin problemlərindən də söz açıb. Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adıgözəlov dövlətimizin təhsilə göstərdiyi xüsusi qayğısından danışıb: “Bunun müqabilində müəllimlərimizdən yüksək peşəkarlıq tələb olunur”.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev bu ali məktəblərə qəbul prosesində fərqlənməyən məktəblər barədə söz açıb. Bildirib ki, həmin məktəblərin hansısa problemi varsa, onları aradan qaldırmağa hər an hazırdır. O həmçinin digər təkliflər də səsləndirib. Onun sözlərinə görə, məktəblərdə açıq dərslərə üstünlük verilməli, öz işinə daha məsuliyyətlə yanaşan müəllimlər fərqləndirilməlidirlər.
Konfransın sonunda iştirakçılar adından ölkə başçısına müraciət də göndərilib.
Qeyd edək ki, tədbir çərçivəsində qəbul imtahanlarında 550-600 bal toplayan abituriyentlərə mükafatlar təqdim olunub.

Hiç yorum yok:

Yorum Gönder