Son 3 ay ərzində “Facebook” sosial şəbəkəsində qeydə alınan Azərbaycandan olan istifadəçilərin sayı 11,5% və ya 89,7 min artaraq, avqustun 31-nə 870 mini ötüb. Bu barədə sosial şəbəkələrin statistikası ilə məşğul olan “Socialbakers” Mərkəzinin hesabatında bildirilir.
Hesabata əsasən, əgər cari ilin iyunun əvvəlində “Facebook”da qeydə alınan Azərbaycan istifadəçilərinin sayı 780,3 min təşkil edirdisə, hazırda bu göstərici 870 mini ötüb. Son bir ay ərzində isə istifadəçilərin sayı 15,6 min və ya 1,8% artıb. Bununla da Azərbaycan “Facebook”da istifadəçilərin sayına görə tərtib edilən dünya reytinqində 84-cü yeri tutur. Belə ki, Azərbaycan bu göstəriciyə görə iyulda 85-ci, iyunda 86-cı, mayda 87-ci, yanvarda isə 91-ci mövqedə yer alıb. Azərbaycan reytinqdə Gürcüstan (85-ci yer), Qazaxıstan (100-cü yer), Estoniya (105-ci yer), Belarus (108-ci yer), Latviya (110-cu yer), Ermənistan (113-cü yer), Moldova (118-ci yer), Özbəkistan (136-cı yer), Qırğızıstan (155-ci yer), Tacikistan (172-ci yer) və Türkmənistan (202-ci yer) kimi ölkələri qabaqlayıb.Ümumiyyətlə, Azərbaycanda sözügedən sosial şəbəkədən əhalinin 10,5%-i və ümumi internet istifadəçilərinin 23,7%-i yararlanır.
Qeyd edək ki, dünyada “Facebook”dan istifadə edənlərin sayına görə birinci yeri ABŞ (163 mln. istifadəçi), ikinci yeri Braziliya (56 mln. istifadəçi), üçüncü yeri isə Hindistan (53 mln. istifadəçi) tuturlar
Hiç yorum yok:
Yorum Gönder