Etiketler

29 Haziran 2012 Cuma

Qubada futbol yarışı



2012- ci il İDMAN İLİ cərçivəsində Qubada  mini futbol üzrə gənclərlərdən ibarət məhəllələr arası yarışa start verilib. Qubada fəaliyyət göstərən “YURD” Gənclərin Vətənpərvərlik Klubunun dəstəyi keçirilən bu yarış Qubanın 12 məhəllə komandası 3 qrupda mübarizə aparacaq.  Əsasnaməyə uyğun olaraq qrupda ilk 2 yeri tutan komandalar və ən yaxşı nəticə göstərən 3-cü yerin sahibi ikinci mərhələyə vəsiqə qazanacaq.
Layihənin rəhbəri Çingiz Rzayevin verdiyi məlumatına görə turnirdə əsas məqsəd “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Gənclərin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində müxtəlif idman tədbirlərinin təşkili” maddəsindən irəli gələn vəzifələrin yerinə yetirilməsidir.
Yarış haqqında məlumat verən Ç. Rzayev bildir di ki, yarışda əsasən 16- 29 yaşlı gənclər iştirak edir. Turnirin final oyununa iyulun 12- də Quba Olimpia kompleksinin stadionunda yekun vurulacaq. Qalib komandalar mükafatlanacaq.
 Qeyd edək ki, turnir Quba rayon Gənclər və idman idarəsinin yaxından köməkliyi ilə keçirilir.

26 Haziran 2012 Salı

PARAD İŞTİRAKÇISI

  26- iyun Silahlı qüvvələr günü Azərbaycan xalqının qürur günlərindən biridir. 1918- ci ildə formalaşıb yaranan müzəffər ordunun il dönümüdür. Ərazisi  işğal olunmuş dövlətin hər an döyüşə başlanılması qaçınılmazdı. Bunun üçün xalq da öz ordusunun  gücünü daha yaxşı dərk etməlidir. Son parad keçidi yaxın zamanlara təsadüf edirsə, ilk parad keçidi təxminən 20 il öncəyə təsadüf edir. Bəs o dövürdə parad necə təşkil olunmuşdur?  Onu da qeyd edim ki, 1992 ci il oktyabr ayında keçirilən paradda Quba rayonunda da kursant və müdavimlədə var idi.. 

Hazırladığım yazı isə 1992-ci ildə təşkil olunmuş paradın iştirakçısından biri  olmuş Fuad Məmməd oğlu Novruzovdur.


-- “Biz III kursda oxuyanda keçmiş prezident Əbülfəz Elçibəy tərəfindən Azərbaycanın müstəqillik günündə  parad olacağı haqqında əmr gəldi. Biz  ciddi şəkildə parada hazılrlaşırdıq. O gün bizə təzə formadan başqa ağ rəngli əlcək və kəmər də verdilər. Parad olan günü səhər saat 8 dən bizi “Azadlıq” meydanına gətirdilər. Azərbaycan dövlətçiliyinin tərkibinə daxil olan bütün qoşun növləri hamısı burada düzülüb əmr gözləyirdi. Təxminən saat 10 -00 da parada başlamaq haqqında əmr gəldi.  Keçmiş müdafiə naziri Rəhim Qazıyev prezident Ə. Elçibəyə məruzə edib parada başlamaq haqqında komanda verdi. Bütün qoşun növləri hamı hərəkətə gələrək tribunanın önündən bir- bir keçməyə başladılar. Hərbi hava qüvvələridə öz məharətini göstərdi, paraşütçülərdə döyüş helekopterindən tullanaraq düz meydanın ortasına endilər”. 

Maraqlı məqam orasında idi ki, paraddan keçən texnikalar hamısı təzə idi. Elə bil zavoddan yenicə çıxmışdır. Fuad qaranlıq bir məqama aydınlıq gətirdi. Belə ki, paradın təşkili üçün döyüş bölgələrindəki canlı qüvvələrin mövqelərdən ayrıb Bakıya gətirilməsi yalnış idi, əksinə paraddan keçən bütün qüvvələr- texnika və əsgərlərdə  hamısı Qarabağa göndəridi. Biz isə məktəbimizə qayıtdıq. Fuad o dövrdəki paradla bu dövürdəki  paradın müqayisəsinədə daha çox irəliləyiş olduğunu bildirdi. “2008 ci ildə ki, parad məni daha çox həyacanladırmışdl” deyə qeyd etdi,  

Fuad 1975- cildə Qubada anadan olub. 1990-cı il də  Quba rayon M. Y. Lermontov (İndiki Zaur Cəfərov)  adına  3 saylı orta məktəbin VIII sinifini  bitirdikdən sonra Bakı şəhərində yerləşən Cəmşid Naxçıvanskı adına İbtidai hərbi məktəbə daxil olur. Qalan təhsilini orada davam etdirir. Fuadın dediyinə gorə onun təhsil aldığı dövürlərdə oxuduğu tədris mərkəzi tam yüksək səviyyədə təşkil olunmuşdur, özlərinə də yaxşı baxdıqlarını dedi.

26 iyun- Silahlı qüvvələr günü

Azərbaycan Ordusunun yaranmasından 94 il ötür

26 İyun 2012 il-  Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 94 il ötür.


 
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib.

Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər.

Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.

Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər - İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub. Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.

Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib. 1992-ci il oktyabrın 9-da Silahlı Qüvvələrin ali baş komandanı, prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə Bakının Azadlıq meydanında Azərbaycanda ilk hərbi parad keçirilib.

Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin ali baş komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin ali baş komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da isə üçüncü hərbi parad olub.



24 Haziran 2012 Pazar

Qubada yay düşərgəsi



Qubada Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan doğma vətənim” adlı vətənpərvərlik yay düşərgəsi təşkil edilib.
Gün.Az-ın bölgə müxbirinə bu barədə məlumat verən nazirliyin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov bildirib ki, düşərgənini təşkilində əsas məqsəd məktəblilər arasında azərbaycançılıq məfkurəsinin yayılması, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, ölkəmizin milli mədəni irsi və tarixi yerlərinin təbliğidir.

10 gün davam edəcək düşərgədə müxtəlif regionlardan olan təhsildə fərqlənən, aktiv məktəblilərlə yanaşı, aztəminatlı ailələrdən, qaçqın və məcburi köçkün ailələrdən olan məktəblilər də yer alıb.

Düşərgə müddətində məktəblilərə müxtəlif əyləncə oyunları ilə yanaşı “Milli mədəni irsimiz və tarixi abidələr”, “Azərbaycan dilinin inkişafında gənclərin rolu”, “Diyarşünaslığın təbliğində vətənpərvərlik klublarının rolu” , “Azərbaycançılıq məfkursəri və dövlətçilik” və s. mövzularda ekspert mühazirələri, intellektual oyunlar təşkil ediləcək, məktəblilər Qubada mövcud tarixi abidələrlə tanışlıq üçün ekskursiyalarda iştirak edəcəklər.

Məlumata görə mühazirələr, intellektual oyunlar və ekskursiyalar Quba rayon Gənclər və İdman İdarəsinin köməkliyi ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin Vətənpərvərlik Klubunun ekspertləri tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, bu tipli düşərgələr Azərbaycanının Lənkəran, Şəki və İsmayıllı bölgələrində avqust ayına qədər mütəmadi təşkil ediləcək.

21 Haziran 2012 Perşembe

Qusar rayonunda intihar

http://merkez.az/wp-content/uploads1/Intihar-aqacdan-asilmish.jpgRegional TV-nin verdiyi xebere görə iyunun 20 si saat 10 radələrində Qusar rayon Yasaboba kəndində  1971-ci il təvəllüdlü Xuraman Aydəmirova özünü yaşadığı evin yaxınlığındakı çinar ağacından asaraq intihar edib.
Qusar rayon Prokurorluğundan aldığımız məlumata görə intihar edən Xuraman Aydəmirovanın meyitini qohumları aşkarlayıb.Onların dediyinə görə 1 uşaq anası olan Xuraman Aydəmirova uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkib.
Faktla əlaqədar Qusar rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.Araşdırmalar davam etdirilir.

17 Haziran 2012 Pazar

Yolun kənarına tökülən qum topası qəzaya səbəb oldu.

R-tv nin verdiyi  xebereb göre iyunun 16- sı səhər saat beş radələrində Bakı-Quba-Rusiya Federasiyası dövlət avtomobil yolunun 163-cü km-də, Quba rayonu Nərimanabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Quba sakini Əbil Talıbovun idarə etdiyi 90 CS 951 dövlət nömrə nişanlı “KİA Rio” markalı avtomobil təmirlə əlaqədar yolun kənarına tökülən qum topasına çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Lerik rayon Siyov kənd sakini 54 yaşlı Xanlar Bayramov hadisə yerində dünyasını dəyişib.Avtomobilin digər sərnişini Bakı şəhəri, Maştağa qəsəbəsi sakini 34 yaşlı Fərman Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba MRX-na çatdırılıb. Onun vəziyyəti orta ağırdır.
Faktla bağlı BDYPİ-nin İstintaq və Təhqiqat qrupu tərəfindən araşdırma aparılır.

16 Haziran 2012 Cumartesi

Quba MEYDAN Parkının açılışı

15 - İyun Milli Qurtuluş günündə Qubada ikiqat bayram oldu. Bu Qubadakı MEYDAN PARKI - nın açılışı idi. Bu münasibətlə bütün Qubalıları TƏBRİK EDİRƏM!. Onlara xoş istirahət arzulayıram..

14 Haziran 2012 Perşembe

“YURD” Gənclərin Vətənpərvərlik klubu



 Yazışı-araşdırmaçı-publisist Kərim Dünyamalı ilə görüş

Gənclərin intelektual bacarıqlarının, dünya görüşünün və eyni zamanda onlarda vətənpərvərlik hisslərinin artırılması zamanın tələb etdiyi əsas məsələdir. Qubada yaradılan “Yurd” Gənclərin Vətənpərvərlik Klubu gənclərin bu şəkildə yetişməsinə şərait yaradır.
Təməli 2011- ci ilin noyabr ayında qoyulan “YURD”  bu istiqamətdə yetişməsində  öz imkanlarını gənclərə əsirgəmir. Yaradılmasının əsas məqsədi gənclərin intelektual bacarıqlarının artırılması, vətəndaşlıq və vətənpərvərlik hisslərinin yüksəldilməsini hədəfləyən “YURD” klubun daxili imkanlarını hesabına və Quba rayon Gəcnlər və idman İdarəsinin  köməkliyi ilə fəaliyyət göstərir.
Klub əsas fəaliyyət istiqaməti kimi “Xəmsə”, “Breyn –rinq” və “Debat” kimi intellektual və bacarıq tələb edən oyunların inkişaf etdirməsindən başqa, müxtəlif təlim və seminarlarda gənclərin iştirakının təmin etməsini də öz özərinə götürüb. Bunun nəticəsidir ki, 30 nəfərdən artıq gənc müxtəlif  təlim və seminarlarda Qubanı yüksək səviyyədə təmsil edib.
Klubun üzvləri bu günədək Qubaya “Xəmsə”, “Breyn–rinq” və “Debat”  yarışlarının zona cempionluğunu qazandırıb. Respublikada rayonlar arasında ilk dəfə müstəqil şəkildə Qubada məktəblilər arasında “Xəmsə” intelektual oyunu üzrə I Quba çempionatının təşkili də məhz “YURD” tərəfindən təşkil olunub.
Klubun nəzdində intellektual oyunlar mərkəzindən başqa kinoklub, Mafiya (məntiqi oyun) klubu fəaliyyət göstərir. Bundan başqa klub gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində də əlavə təlimlər -  yeni media, liderlik bacarığı, təşkilatı quruculuq kimi təlimləri təşkil edir.
Bu yaxınlarda Qubadakı parkları və tarixi abidələri təmizləmək üçün təmizlik flaşmobuna start verilmişdir. Bu təşkilat tərəfindən elan edilmişdir.Bunlar Qubada tam yararsız vəziyyətə düşmüş uşaq şəhərçiyi, bir də 18- ci əsrə aid olan “Çuxur hamam” kompleksində təmizlik işləri aparılıb. Klubun sədri Ramin Mahmudovun sözlərinə görə belə xeyirli flaşmoblar daimi olacaq, biz bir vətənpərvərlik təşkilatı olaraq xalqımız üçün xeyirli olan hər bir hadisəyə öz münasibətimizi bildiririk. “Yurd” dünya hadisələrinə bigənə qalmır. Xüsusən də dövlətimizə, vətənimizə qarşı qeyri-obyektiv və qərəzli nümayişlərə. Belə ki, Xocalı soyqırımı ilə bağlı dünyanın bir çox parlamentarilərınə, o cümlədən Fransa parlamentinə Xocalı soyqırımın tanınmasına dair  600- dən artıq etiraz bəyənatı göndərmişdir.

Kluba üzv olmaq çox sadədir. Rəhbərliyə yaxınlaşıb qeydiyyatdan keçib, verilən blankı doldurmaq. Bir də elan lövhəsindəki göstərilən tədbirlərdə iştirak etmək. Kluba üzv olmaq üçün heç bir haqq tələb olunmur.  

11 Haziran 2012 Pazartesi

Gözəlliyə kölgə salanlar

          Son vaxtlar Qubada aparılan quruculuq işlərinin rəgarəngliyi insanın nəzərlərini özünə cəlb edir. Yolların abadlaşması, dam ürtüklərinin dəyişdirilməsi, tarixi binaların yenidən bərpa olunması Qubanın İcra başçısı Mübariz Ağayevin rayonun inkişafına verdiyi yüksək dəyərdir. Bu yaxınlarda xüsusi üslubla tikilib istifadəyə veriləcək Mədəniyyət parkı və yerüstü keçid Quba və qubalılar üçün bir yenilik olacaq. Biz isə onların qədirini bilib, bunlara zərər vurmamalıyıq.Fəvvarənin kənarında, kölgəlikdə dincələrkən bu rahatlığı yaradanlara xeyr- dua arzulamalıyıq. 
         Mübariz müəllimin Quba üçün gördüyü işləri unutmaq olmaz. O hər nə edibsə Quba üçün edib, qubalılar üçün edib. Bu işlərə kölgə salan bəzi "iş adamları" da var. Bu ya da məmur biganəliyi, ya da səhlənkarlığıdır. Belə ki, Qubanın "beşmərtəbələr" deyilın ərazisində Mövlud Qonaq küçəsində su kanalzasiya borusu neçə gündür ki, suyu bayıra axıdır. Ətraf su ilı dolur. Ərazidən keçmək qeyri - mümkündür. Küçədən avtomobil keçəndə bilmirsən ki, nə edəsən? Hara sıxılasan,. Problemin əsas tərəfi odur ki, həmin su yenicə asfalt olunmuş H. Əliyev prospektindən üzü-aşağı axır. Buda həm asfaltın korlanmasına, həmdə ərazinin palçıq olmasına gətirib çıxarır.Yəni bu qədər həngaməni görən yoxdur bəyəm??? Quban ged-gedə gözəlləşir. İnanmıram ki, belə gözəlliyə xələl verən qüsurlar ortada qalacaq.

9 Haziran 2012 Cumartesi

Festival qalmaqalı

 İyunun 8 -də Quba Olimpia İdman kompleksində keçeirilən Futbol festivalı Qubada bəzi ziyalıların narazılığına səbəb olub. Belə ki, onlara rəhbərliyi tərəfindən Quba Olimpia İdman kompleksində möhtəşəm futbol oyunu olacağı barədə məlumat verilib.Bütün  müəllimlər öz şagirdləri, vəzifə sahibləri də tabeleyindəki kollektivi OİK -ə yığıb. Lakin onlar orada gözlədikləri oyunu görə bilməyiblər. Yarım saatdan sonra stadionu tərk etməyə başlayıblar.
Burada bir şeyi xüsusi vurğulamaq lazımdır ki, müəllimlərə tədbirin axrında gətirdikləri uşaqlara hədiyyələr veriləcəkləri bildirilib. Belə bir şeydə olmayıb.

Şadlıq evində ölüm

Ötən gün Qusar rayonunda çalınan toy yasa çevrilib. Fakt- xeberin verdiyi xebere göre Qusar rayon Porkurorluğunun məlumata görə, rayonda şadlıq evlərindən birində keçirilən toyda oynayarkən 38 yaşlı Tehran Nizami oğlu Ramazanov qəfildən yıxılaraq ölüb.

Araşdırmalar zamanı məlum olub ki, Tehran Ramazanov uzun müddət ürək xəstəliyindən və epilepsiyadan əziyyət çəkib. Onun elə ürəktutmasında öldüyü ehtimal olunur. Hadisə ilə bağlı rayon Prokurorluğunda araşdırma aparılır. ans

Quba- Qusar yolunda qəza

Şəkil Regional tv-ə məxsusdur.
Quba-Qusar yolunun Qubanın Digah kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Qubadan Qusar istiqamətində hərəkət edən Qubanın Xucbala kənd sakini 23 yaşlı Nicat İmamquliyevin idarə etdiyi 10 BX 424 dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü Nicat İmamquliyev hadisə yerində keçinib. Maşında olan sərnişin 30 yaşlı Qubanın Xucbala kənd sakini Aydın Əkbərov baş nayihəsindən xəsarət alaraq Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

5 Haziran 2012 Salı

Qızılağac meşəsi


         Qusarcayın sahili boyunca uzanan uzunluğu  təxminən 10 km məsafəyə qədər olan ərazidəki  qızılağac növündən olan ağaclar məhv olmaq üzrədir. Qızılağac dünyanın florasına düşmüş nadir ağaclardan biridir. Dünyada təxminən 20 –yə yaxın növü olan qızılağacın buradakı növü İran və Qafqaz növünə məxsusdur. Tikinti və mebel işlədilməsi üçün əla material olan qızılağac eyni zamanda ağacın cıxdığı yer kökləri vasitəsilə torpağı azotlaşdırır.
Xurayın mənzərəsinə gözəllik verən və insanda xoş əhval ruhiyyə yaradan bu meşəlik insanların çay kənarında dincəlməsi üçündə xeyirlidir.
Burada ağaclar həm insan faktorunun, həm də çaya gələn sel sularının qurbanı olur. Odur ki bunun qarşısı vaxtında alınmasa Xuray dünyanın nadir incisindən məhrum ola bilər. Meşəboyu gəzdikdə burada böyrüüstə yıxılmiş xeyli sayda ağaclara rast gəlmək olur. O, ağacların yerinə yemişan və itburnu kolları böyüyür.
Adiyyatı qurumlar yəqin ki, bu yazını oxuduqdan sonara insanları təbiəti qorumaq xüsusunda apardığı maarifləndirmə işləri vasitəsilə bir daha oyada bilərlər.

4 Haziran 2012 Pazartesi

"Tayson" Qubalı sakini zədələdi.


Rtv- nin verdiyi məlumata görə hadisə iyunun1-i saat 22 radələrində Quba rayonunun Alıcdigah kəndində baş verib.Kənd sakini 27 yaşlı Turab Vəliyev özünə məxsuz  "Toyson" ləqəbli atdan yıxılaraq ağır bədən xəsarətləri alıb.O dərhal Quba mərkəzi rayon xəstəxanasına çatdırılıb.Cərrahiyyə şöbəsində əməliyyat olunan yaralı stasionar müalicəyə cəlb olunub.
Həkimlər onun həyatı üçün hər hansı bir təhlükənin olmadığını bildirib.

Qusarda qətl

Qusarda qətl hadisəsi baş verib.Rayonun Yasaboba kənd sakini 1994-cü il təvvəllüdlü Minhac İlyasov naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.Meyit müayinə olunması üçün Qusar rayon morquna aparılıb. Qusar rayon prokuroru Zahid Vəliyevin RTV-yə verdiyi məlumata görə hazırda Minhac İlyasovun qətlə yetirən şəxsin tutulması istiqamətində tədbirlər görülür. Onu da qeyd edək ki, Minhac iyulda hərbi xidmətə yollanacaqdır.

Bədbəxt hadisə

Qusar rayonunda bədbəxt hadisə baş verib. Iyunun 29 -da Xuray kənd sakini 48 yaşlı Rəhimov Şıxvəli Binyaməddin oğlu cərəyan vurması səbəbindən dünyasını dəyişib. Təxminən hündürlüyü 5 m olan elektrik dirəyindən yıxılan Şıxvəli xəstəxanaya catdırılanda yolda vəfat edib. Hadisə elektrik avadanlıqlarının təmiri zamanı baş verib.Mərhumun meyidi ekspertiza üçün Qusar morquna gətirilib.Hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır.Şıxvəli Rəhimovun 4 övladı var.