R-tv nin verdiyi xebereb göre iyunun 16- sı səhər saat beş radələrində Bakı-Quba-Rusiya Federasiyası dövlət avtomobil yolunun 163-cü km-də, Quba rayonu Nərimanabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Quba sakini Əbil Talıbovun idarə etdiyi 90 CS 951 dövlət nömrə nişanlı “KİA Rio” markalı avtomobil təmirlə əlaqədar yolun kənarına tökülən qum topasına çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Lerik rayon Siyov kənd sakini 54 yaşlı Xanlar Bayramov hadisə yerində dünyasını dəyişib.Avtomobilin digər sərnişini Bakı şəhəri, Maştağa qəsəbəsi sakini 34 yaşlı Fərman Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba MRX-na çatdırılıb. Onun vəziyyəti orta ağırdır.
Faktla bağlı BDYPİ-nin İstintaq və Təhqiqat qrupu tərəfindən araşdırma aparılır.
Hiç yorum yok:
Yorum Gönder