Etiketler

14 Haziran 2012 Perşembe

“YURD” Gənclərin Vətənpərvərlik klubu



 Yazışı-araşdırmaçı-publisist Kərim Dünyamalı ilə görüş

Gənclərin intelektual bacarıqlarının, dünya görüşünün və eyni zamanda onlarda vətənpərvərlik hisslərinin artırılması zamanın tələb etdiyi əsas məsələdir. Qubada yaradılan “Yurd” Gənclərin Vətənpərvərlik Klubu gənclərin bu şəkildə yetişməsinə şərait yaradır.
Təməli 2011- ci ilin noyabr ayında qoyulan “YURD”  bu istiqamətdə yetişməsində  öz imkanlarını gənclərə əsirgəmir. Yaradılmasının əsas məqsədi gənclərin intelektual bacarıqlarının artırılması, vətəndaşlıq və vətənpərvərlik hisslərinin yüksəldilməsini hədəfləyən “YURD” klubun daxili imkanlarını hesabına və Quba rayon Gəcnlər və idman İdarəsinin  köməkliyi ilə fəaliyyət göstərir.
Klub əsas fəaliyyət istiqaməti kimi “Xəmsə”, “Breyn –rinq” və “Debat” kimi intellektual və bacarıq tələb edən oyunların inkişaf etdirməsindən başqa, müxtəlif təlim və seminarlarda gənclərin iştirakının təmin etməsini də öz özərinə götürüb. Bunun nəticəsidir ki, 30 nəfərdən artıq gənc müxtəlif  təlim və seminarlarda Qubanı yüksək səviyyədə təmsil edib.
Klubun üzvləri bu günədək Qubaya “Xəmsə”, “Breyn–rinq” və “Debat”  yarışlarının zona cempionluğunu qazandırıb. Respublikada rayonlar arasında ilk dəfə müstəqil şəkildə Qubada məktəblilər arasında “Xəmsə” intelektual oyunu üzrə I Quba çempionatının təşkili də məhz “YURD” tərəfindən təşkil olunub.
Klubun nəzdində intellektual oyunlar mərkəzindən başqa kinoklub, Mafiya (məntiqi oyun) klubu fəaliyyət göstərir. Bundan başqa klub gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində də əlavə təlimlər -  yeni media, liderlik bacarığı, təşkilatı quruculuq kimi təlimləri təşkil edir.
Bu yaxınlarda Qubadakı parkları və tarixi abidələri təmizləmək üçün təmizlik flaşmobuna start verilmişdir. Bu təşkilat tərəfindən elan edilmişdir.Bunlar Qubada tam yararsız vəziyyətə düşmüş uşaq şəhərçiyi, bir də 18- ci əsrə aid olan “Çuxur hamam” kompleksində təmizlik işləri aparılıb. Klubun sədri Ramin Mahmudovun sözlərinə görə belə xeyirli flaşmoblar daimi olacaq, biz bir vətənpərvərlik təşkilatı olaraq xalqımız üçün xeyirli olan hər bir hadisəyə öz münasibətimizi bildiririk. “Yurd” dünya hadisələrinə bigənə qalmır. Xüsusən də dövlətimizə, vətənimizə qarşı qeyri-obyektiv və qərəzli nümayişlərə. Belə ki, Xocalı soyqırımı ilə bağlı dünyanın bir çox parlamentarilərınə, o cümlədən Fransa parlamentinə Xocalı soyqırımın tanınmasına dair  600- dən artıq etiraz bəyənatı göndərmişdir.

Kluba üzv olmaq çox sadədir. Rəhbərliyə yaxınlaşıb qeydiyyatdan keçib, verilən blankı doldurmaq. Bir də elan lövhəsindəki göstərilən tədbirlərdə iştirak etmək. Kluba üzv olmaq üçün heç bir haqq tələb olunmur.  

Hiç yorum yok:

Yorum Gönder