2012- ci il
İDMAN İLİ cərçivəsində Qubada mini futbol
üzrə gənclərlərdən ibarət məhəllələr arası yarışa start verilib. Qubada fəaliyyət göstərən
“YURD” Gənclərin Vətənpərvərlik Klubunun dəstəyi keçirilən bu yarış Qubanın 12
məhəllə komandası 3 qrupda mübarizə aparacaq.
Əsasnaməyə uyğun olaraq qrupda ilk 2 yeri tutan komandalar və ən yaxşı
nəticə göstərən 3-cü yerin sahibi ikinci mərhələyə vəsiqə qazanacaq.
Layihənin
rəhbəri Çingiz Rzayevin verdiyi məlumatına görə turnirdə əsas məqsəd “Azərbaycan
Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Gənclərin sağlamlığının
qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində müxtəlif idman
tədbirlərinin təşkili” maddəsindən irəli gələn vəzifələrin yerinə
yetirilməsidir.
Yarış
haqqında məlumat verən Ç. Rzayev bildir di ki, yarışda əsasən 16- 29 yaşlı
gənclər iştirak edir. Turnirin final oyununa iyulun 12- də Quba Olimpia
kompleksinin stadionunda yekun vurulacaq. Qalib komandalar mükafatlanacaq.
Qeyd edək ki, turnir Quba rayon Gənclər və
idman idarəsinin yaxından köməkliyi ilə keçirilir.
Hiç yorum yok:
Yorum Gönder