Etiketler

8 Aralık 2014 Pazartesi

KƏNDİN BƏRƏKƏTİ

 Rayon mərkəzindən uzaq bir dağ kəndin gündəlik həyatından biri idi. Həmişəki kimi işsiz gənclər tində dayanıb biri-birilərinə "nağıl" danışır, ağsaqqallar isə tarixi qədim olan köhnə kənd məscidinin qarşısına yığılıb indiki dövür üçün  itib getməkdə olan mentalitetdən danışırdılar. 

 Kənddə avtoşluq edən Vidiş avtomobilnın maqnitofununa yüksək səslə qoyduğu mahnı ilə gün ərzində aşağı- yuxarı şütüyürək kənd yollarındakı tozu ərşə qaldırırdı. Vidişin atası məmur olduğu üçün ona kənddə hərəkətlərinə görə söz deyən tapılmırdı.

14 Kasım 2014 Cuma

DİREKTORUN YOXLAMASI

Son vaxtlar nəsə yoxlama sözünü tez-tez eşidirik. İdarə və təşkilatlarda yoxlamaların olması yaxşı haldır. Yoxlama olan təşkilatda şəffaflıq və obyektivlik daha da qabarır. Bunu həmişə yaxşı adlandırmaq düzgün olmaz. Yoxlamanın tez-tez gəlişindən istifadə edib, bundan öz işləri üçün məharətlə istfadə edənlərdə olur. Cox qəribədir ki, yoxlamanın tez-tez təşrif buyurmasından istifadə edənlərin arasında məktəb, təhsil müəssisələri kimi bilik ocaqlarıda olur.

25 Ekim 2014 Cumartesi

AXIR Kİ TAPDIM

         

Coxdan fasilə vermiş bloguma kitab oxumaq və onun fəziləti haqqında ya verməklə bu fasiləyə son qoymaq qərarına gəldim. Əslində mənim kitab oxumağın xeyri və onun müsbət cəhətləri haqqında geniş yazmaq fikirim yoxdur. Sadəcə mütaliyənin insan savadlanmasına, dünya görüşünün artmasına faydasını bir əhvalatla bildirmək istəyirəm. 


İşimlə əıaqədar olduğu üçün C.Məmmədquluzadənin “Niyə məni döyürsünüz?” 
(http://www.adalet.az/w6103/N%C4%B0Y%C6%8F_M%C6%8FN%C4%B0_D%C3%96Y%C3%9CRS%C3%9CN%C3%9CZ/)
fleytonu ilə bağlı Şimal bölgəsinin bir rayonun  mərkəzi kitabxanasına yollandım.

9 Eylül 2014 Salı

QUBADA MÜƏLLİMLƏRİN KONFRANSI

Sentyabrın 9 da Quba rayonu Gənclər Mərkəzində Təhsil işçilərinin 2013\14 cü ilin yekumlarına həsr olunmuş konfransı oldu.

 Konfransda çıxış edən Quba rayon Təsil şöbəsinin müdüri Yusif Abidov cari ilin yekunlarından, yeni təmir olunmuş məktəblərdən, keçən dərs ilində qazanılan naliyyətlər və ortaya cıxan problemlərdən xəbər verdi.

31 Ağustos 2014 Pazar

DƏVƏDABANININ PROBLEMİ


Qubanın Dəvədabanı deyilən yaşayış massivi rayon mərkəzindən 1 km aralı Nügədi yolunun üzərindədir. Təxminən 20 ilə yaxındır ki, burada insanlar yaşayır, özlərinə ev tikiblər. Bu vaxt ərzində yaşayış massivi içməli su və elektrik enerjisi ilə təmin olunsada qaz hələdə verilməyib. Massivin problemi təkcə bununla bitmir.