5 Temmuz 2013 Cuma
ƏXLAQIN TƏMİZLİYİ
Bu
yaxınlarda Xacmaza yaxın dostumun toy məclisinə getmişdim. Toydan çıxıb bir az
gəzişdik. Söz yox ki, rayon son dövrlər
xüsusilə gözəlləşmişdir. Meydan və parklar qonaqlar və dincəlməyə
gələnlərlə dolu idi. Hər tərəfdə fontanların suyu havaya sərinlik gətirirdi.
Bizim
oturduğumuz çayçının yaxınlığdakı besedkada
5 nəfər əyləşib söhbət edirdi. Onlar qız oğlan olmaqla iki cüt üzbəüz
oturmuşdur. Onların yanındakı “5- ci şəxs” isə hələ yetkinlik yaşına çatmayan
qız uşağı idi. Qızın 13 yaşı olmasada 12 yaşı olardı. Söhbətlərinə qulaq
asmasam da başa düşdüm ki, yeniyetmə qız bunların hansınınsa, (çox gümanki
yanında dayandığı) qohumudur.
Buradakı ən maraqlı nüans isə nisbətən yaşlı
qızların yeniyemənin yanında özlərini “buraxması” idi. Xanımlardan birinin yanındakı
erkəklərlə əməlli- başlı mazaqlaşması qızı utandırır, onu belə mənzərəyə
baxmamaq üçün özünü yana çevirməyə məcbur edirdi. Qarşısındakı xalaşkanın (ifadəmə görə üzr istəyirəm)
aramsız ağızdolusu lopa-lopa sümürdüyü siqaretin tüstüsü yeniyetmənin üzünə
dəyir, sanki onun sifətini acıqla yalıyırdı. Söylədikləri hər iki sözdən bir
tam əxlaqdan kənar küçə ifadələri idi.
Belə sıxtından ayrılıb qacıb canini qurtarmaq
istəyən qıza yanında gətirdyi xalası acıqlanır, onu özünəməxsus qaydada tənbeh
edirdi. “Yerindən tərpənmə!” Nəyə görə
xalası deyirəm, sən demə bu xanım özünə qohum olan bu bu yeniyetmə qızçığazı “bazlığa” gəzmək adıyla gətirib ki, sonra
xanımın özündə olan “təmiz əxlağından” şübhələnməsinlər.
Bu haqda çox yazmaq istəmirəm. Daha deyə
bilmərəm bu əxlaqsızlığın köhnə dəbidir və ya yeni qaydası. Burda belə bir
deyim yadıma düşdü. “Cəhənnəmə yolçu olan özünə yoldaş axtarar”
Bir şeyi xüsusi qeyd etmək istəyirək ki, belə
mənzərələrin şahidi olan qızcığaz öz təmiz əxlağını qoruyub saxlasın.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder