Etiketler

5 Mart 2013 Salı

“Xoca” nın görünən tərəfləri



  Vahid Mustafa vevin çəkdiyi “Xoca” filimi Xocalı soyqırımınıQarabağ müharibəsini və erməni vəhşiliyini  dünyada tanıdan ən yaxşı filimlərdən oldu. Qarabağ savaşından bəhs edən filimlər çox çəkilibsədə “Xoca” sırf Xocalı qırğınından bəhs edən yeganə filim kimi tanındı. Bu filim haqqında bir cox mətbuat səhifələrində və internet sayitlarında qeyd olunur. Burada Vahid Mustafayevin işi çox uğurlu qeyd olunur. 
Bu filimin çəkilişində Vahid müəllim cox iş gördü. Xocali faciəsini olduğu kimi dünya ictimaiyyətinə çatdırdı. Xocalı faciəsindən başqa buradakı insanların həyatı, Xocalıdakı vəziyyət onların salamatçılığa qovuşmaq intizarı, eyni zamanda da məhəbbət nüansları filimdə nəzərdən yayınmadı.
Filimdəki bəzi “görünən məqamlar” a bildiyim qədər aydınlıq gətirmək istədim.  Burada birinci məqam Xocalıda azan səsinin eşidilməsi oldu. O dövürü təsəvvür edəndə o vaxt dinidən səs-soraq yox idi. Xocalı elə 91- ci illərdən erməni təhlükəsi  ilə üz-üzə qalmışdı. O vəziyyətdə də məsciddə azan verilməsi bir az təəccüblü görünürdü. Yenədə ola bilsin mən səhv edərəm.
Gözə gələn məqamlardan biridə Xocalıda olan əsgərlərin tam Milli ordu forması ilə təmin olunmasıdır. Elə forma ilə əsgərlər 92- ciin təxminən may aylarında tanış olub. Digər bir məqam isə oradakı Xocallıdakı hərbi avtomobillərin yeni seriya nömrələri ilə nömrələnməsidir. 

Bu filimdəki bəzi motivlər Rusiya istehsalı olan “Brest qalası” filimində olan süjetlərdən götürüldüyü You tube portalında yerləşdirilib.  Mənim “Xocanı” “Brest qalası” ilə müqayisə etmək fikirim yoxdur. Azərbaycanda istehsal olunan filimlər madiyyat baxımdan Rus kinomtaqrafiyası ilə müqayisə etmək düzgün olmaz. Orda o 1941-ci il iyun ayı  tam dəqiqliyi ilə göstərilib. “Xoca”da isə komandirin qolunda müasir dövrün saatı görünür.
 “Xoca” və Xocalının ən kuliminasiya nöqtəsi camaatın erməni və rus birləşmələri tərəfindən qırılmasıdır. 26 fevralda Xocalıya həsr olunan görüntülərdə körpə uşaqlar daha çox ön plana çəkilir. “Xoca” da isə uşaqlar gözə dəymir. O gün ermənilər qırdığını qırıb, qırmadığlarını da girov aparıb başlarına min cür oyun açır. Filimdə isə onların qırılması ilə ermənilərin işi bitmiş görünür. Erməni vəhşiliyi hiss olunmur. 
Həyatda Xocalının sakinlərı qoca, yaşlı qadınlar, uşaqlar gecə ayaqyalın, başıaçıq olsada filimdə kənd camaatı əsasən nisbətən cavan insanlar, əyinləri tam müasir, dəbli geyim formasında görünür. Filmin rejissoru Vahid Mustafayev televiziyaların birində müsahibəsində Atasının məsləhəti ilə bu filimi cəkdiyini bildirib. Onun sözlərinə görə atası Xocalının axırını Çingiz  çəkib, əvvəlini sən çək”  deyib. Belə baxanda burada Çingizin axırını çəkdiyi kadrlarla, Vahid müəllimin çəkdiyi kadrlar uyğun gəlmir.
Sonda isə Xocalıdan gələn müasir döyüş helikopteridir. SSRİ- nin köhnə Mi-8 helikopteri Çingizin çəkdiyi kadrlarda tam aydın görünür. Ondan sonra şəhidləri necə qarşılayırlar o da tele məkanda əks olunub.

Bunlar filimdə gözə görünən məqamlar oldu. Azərbaycan kinomatoqrafiyasını və onun vəziyyətini nəzərə alaraq çox dərinə getmirik. Belə filimdə çəkilibsə həqiqətəndə alqışalayiqdir. Qarabağ həqiqətlərini dünyaya çatdıran cox filimlərimiz olacaq. Bundan sonra çəkilən filimlərimizin sonu qələbə sevinci ilə bitəcək. Böyük Vətən müharibəsindən bəhs edən Rus filimləri kimi.
 Əlbətdə ki, düşmən üzərində qələbə qazandıqdan sonra!

Hiç yorum yok:

Yorum Gönder