Etiketler

8 Mart 2013 Cuma

AZƏRBAYCAN QADINLARI


Dünya tarixində kişilər əsas rol oynayibsa Qadınlar da onlara yardınmçı olmaqla tarix boyu baş verimiş dəyişikliklərə öz imzalarını atıblar. Azərbaycan qadınıda öz həmcinslərindən geri qalmayaraq dünyada öz “ilk” ləri ilə türk dünyası  tarixinə düşə bildi.  Azərbaycan tarixindən yaxşı tanıdığımız Sara Xatun öz müdrük diplomatik bacarığı ilə bir-birinə düşmən kəsilmiş iki dövlət arasında sülh razılığı bağlamağa nail olmuşdur. Bu qadınların siyahısı diplomatik bacarığları ilə  bitmir.  Bunlar arasında kimya alimindən tutmuş ilk gəmi kapitanına qədər olan qadınlarmız Azərbaycan dövlətçiliyinə öz sözünü deyib. Fürsətdən istifadə edib tarix boyu keşən ilk Azərbaycan qadınların həyat fəaliyyətini nəzərdən keçirək.

 Ağalarova Dünya (1906-1981)- Azərbaycanin ilk geoloq qadını, görkəmli palentoloq, geologiya-mineralogiya elmləri doktoru, professor.

Fərəcova Kübra (1907-1986)- Azərbaycanda ilk qadın səhiyyə naziri, tibb elmləri doktoru, professor.

İmamquliyeva Gülzar (1907-1997)- Cənubi Qafqazda brusellyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim. Azərbaycan Dövlət Tibb Universitetinin infeksion xəstəliklər kafedrasının mudiri işləmişdir. 113-dən çox elmi işin, o cümlədən 2 monoqrafiyanin müəllifidir.

Rəştiyeva Xavər (1906-1984)- Azərbaycanın ilk qadın stomatoloqu.  Ali Sovetin Rəyasət Heyətinini fərmanı ilə "1941-45-ci illərdə Fədakar əməyə görə" və 1975-ci ildə "Qələbənin 30 illiyi münasibətilə" medalları ilə təltif olunub.

Salamzadə Qəmər (1908-1988)- Azərbaycanın ilk qadın kinorejissoru. “Molla Nəsrəddinçi” Əli Qəmkusarın qizi.

Məmmədbəyli Leyla (1909)- İlk azərbaycanlı təyyarəçi və paraşütlə tullanan qadın, Paraşüt idmanı üzrə Zaqafqaziya çempionu olmuşdur.

Seyidova İzzət (1910-1973)- Ali rəssamlıq təhsili almış ilk azərbaycanlı teatr rəssamı. “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunmuşdur.

Nəcəfova Hökumə (1911)-  İlk azərbaycanlı qadın tarzən, bəstəkar, 1936-1947-ci illərdə Azərbaycan dövlət Filarmoniyası xalq çalğı orkestrində tarda çalmışdır. “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.

Qasımova Sona (1912-1977)- Azərbaycanın ilk qadın idmançılarından biri.Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi, respublika dərəcəli hakim, 1937-cı ildə qumbara tullamaq üzrə Azərbaycanın qadın idmançıları arasında ilk dəfə Zaqafqaziya rekordçusu adını qazanmısdır.

Rzayeva Ağabacı (1912-1975)- Azərbaycanın ilk bəstəkar qadını.

Tahirova Tahirə (1913-1991)-  Neft mühəndisi ixtisasına yiyələnmiş ilk türk qadınlarından biridir. Azərbaycanin ilk qadın xarici işlər naziridir.

Tutayuq Vahidə (1914-1980)- Azərbaycan Elmlər Akademiyasının akademiki, ilk azərbaycanlı biologya elmləri doktoru, professor.

Almaszadə Qəmər (1915-2006)- Azərbaycanın ilk qadın balet rəqqasəsi. Keçmiş SSRİ xalq artisti.

Səlimova Şövkət (1920-1999)- İlk azərbaycanlı qadın gəmi kapitanı, 1944-cü ildə “Qırmızı ulduz” ordeni ilə təltif olunmuşdur.

Qasımova Həbibə (1922)- Biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. Torpaq mikrobiologyası sahəsində ilk azərbaycanlı qadın alim.


Əliyeva Zərifə        (1923-1985)- 
 Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi. İlk dəfə olaraq sənaye istehsalının müxtəlif sahələri şəraitində göz xəstəlikləri proflaktikası üzrə geniş tədqiqat işləri aparmışdır, eyni zamanda oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardıgı elmi tədqiqatlara professor Z.Ə.Əliyeva 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafata- SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.


Hiç yorum yok:

Yorum Gönder