Etiketler

3 Şubat 2013 Pazar

Təhsildə rüşvət taktikası



Korrupsiya və rüşvətxorluqla mübarizə idarəsi ən cox rüşvətin təhsil sistemində olduğunu bildirdi. Təhsilə bağlılığı olan bir vətəndaş kimi bu məsələ məni də təəccübümə səbəb oldu. Bir müddət Iki rayonunun təhsil müəssisəsində çalışdığıma görə rüşvətin təhsil sahəsinə necə ayaq açdığını araşdırmaq qərarına gəldim.
Belə baxanda Ali məktəblərimizdə rüşvətin populyarlığı aydındır. O gün hansısa Ali təhsil ocağında imtahan verən tələbələr imtahanlarının qiymətlərini bir-birilərinə sosial şəbəkələrdə paylaşmıdılar. Ən aşağı fənn qiyməti 30 manat idi.

Bundan başqa Universitet müəllimləri, rektorluq tərəfindən tələbələrə satılan kitablar təhsil müəssisənə rüşvət damgası gətirməyə bilməz.

Məsələ bir az aşağıdan baxaq. Orta məktəblərdə rüşvət ənənəsi necə yaranır? Burada hec kim deyə bilməz ki, müəllim sinifdə şagirdlərdən pul tələb edir. 7 ildir müəllim işləyirəm bunun üçün kimdənsə nəsə tələb etmişəm. Xeyr. Sinifə girib lazım olan qaydada dərsimi keçib evə yollanmışam. Nə hazırladığım abituiyentim var, nə də başqa yerdə dərsim. Aldığım 160 manatla ayı güc- bəla ilə yola verirəm.(Yeri gəlmişkən, deyirlər maaşlar artmalıdır). Öz əmək haqqımdan savayı başqa alacaq yerim olmasına baxmayaraq pul verməli oluram o da öz məktəb rəhbərliyinə.  Burda hec kimi günahlandırmıram. Bizdən nə rəhbərlik, nə də direktor pul tələb etmir. Qətiyyən.
Tələb olunan pulların ünvanı:  Bəzən məktəbə bəzi kitablar gətirlərək məktəb direktorlarına “sırınır”, bundan başqa iki- həftdən bir gələn “jurnalist”, guya məktəb adından qəzet, kitab cıxaran “əməkdar yazıçılıar”, (Onların gəlişini görsəmdə kitablarndan xəbərsizəm) Rayon Təhsil Şöbəsinə gələn yoxlamalar və s.   Amma öz aramızdı: bütün bunları tək məktəb direktoru ödəyə bilməz.
Axır vaxtlar məktəbə rüşvət yeri kimi baxan valideynlərdə az deyil. Onları  qınamaq olmaz. Bununda səbəbi vardır. İbtidai sinif şagirdləri üçün eyni məzmunlu, bir-birindən fərqlənən müxtəlif kitablar, iş dəftərləri, nə qədər qəribə olsada I sinif şagirdləri üçün gündəliklər, yuxarı sinif şagirdləri üçün məktəbli forması və s. Qəribəsi də odur ki, sadalanan bunları şagirdlər hökmən məktəbdən almalıdırlar. 
Valideynlərin üzərinə düşən növbəti yük isə IX sinifdə oxuyan uşaqlar üçün şəxsiyyət vəsiqəsi alınmasıdır. Hər bir vətəndaş 16 yaşında şəxsiyyət vəsiqəsi almaq hüququna malikdir. Onsuzda bunlara 1 ildən sonra vəsiqə veriləcəkdir. Bu məsləni bir il qabağa atmalarının səbəbini başa düşmək o qədərdə çətin deyil. Eşitdiyimə görə bu şəkilsiz şəxsiyyəti almaq üçün valideyindən 16 manat tələb olunurmuş, sonradan bəzi insanların tərəddüddündən sonra bunu 8 manata endirilib. Iş burasındadır ki, şəkilsiz olan bu vəsiqə üçün şəkil də çəkdirilir.
Gəl bundan sonra xalqı inandır görüm, necə inandırırsan.

Bilməyənlər üçün onu xatırladım ki, bu vəsiqə Təhsil Nazirliyi tərəfindən IX sinif şagirdlərini buraxılış imtahanı üçün hazırlanmış elektron siyahya salınması üçündür.

Onda belə çıxır ki, təhsil sisteminə rüşvət yuxarılardan "sızır??".

Inşallah növbəti illərdə təhsil rüşvətə görə yox, təhsilinə görə birinci olar.

Hiç yorum yok:

Yorum Gönder