Azərbaycan tarixində mövcud olmuş qədm dövlətçilik ənənələrinin ən bariz nümunəsi olan dövlətlərdən birir də Qaraqoyunlu
dövlətidir. Qaraqoyunlu tayfaları Oğuz
türklərin nəslindən olub, Türkiyənin Van gölünün cənubunda Ərzincan, Sivas və
Şərqi-Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənmişdilər. Qara Məhəmməd
Ağqoyunlular, Cəlairlər və Teymurilərlə mübarizə aparmasına baxmayaraq
Qaraqoyunlu tayfa ittifaqını yarada bilir. Bu ittifaqı iri dövlət halına gətirən Qara Məhəmmədin oğlu Qara Yusif olmuşdur.
O dövrlərdə Azərbaycana ayaq açan qüvvələrdən biri
də Əmir Teymurun hakim olduğu Teymuri qüvvələri idi. Adı çəkiləndə bütün cahanı
silkələyən hökmdarın qəddar oğlu Miranşah Cənubi Qafqaza, Azərbaycana hakim
təyin olunmuşdur. O iki böyük savaşda 1406-cı Birinci Şənbi- qazan və 1408-ci ildə Sərdrud döyüşlərində Teymurilərə qalib
gələrək onların ayağını Azərbaycandan kəsir. Qaraqoyunlular üçün əngələ
çevirilmiş olan Cəlairlər dövlətinin başçısı Sultan Əhmədi qətlə yetirməklə
dövlət qurmaqda mane olan qüvvələri aradan götürdü. Beləliklə 1410- cu ildə
Şirvanşahlar dövləti istisna olmaqla, Dərbənddən başlayaraq İran
körfəzinə qədər bütöv Azərbaycan torpaqları, Şərqi AnadoluGürcüstanın şərq
hissəsi, Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil oldu. Təbriz bu
dövlətin paytaxtı oldu.
Qara Yusifin yaratdığı dövlət onun ölümündən sonra
öz varlığını itirdi. 1468- ci ildə eyni soy-kökə malik digər türk dövləti olmuş
Ağqoyunlular tərəfindən məğlub edilir.
Hiç yorum yok:
Yorum Gönder