Qubada 2 saylı orta məktəbdə 3 gün davam edən
“Elektron divar qezeti” redaktorlarının müsabiqəsi üçün kecirilən təlim
kursunun I mərhələsi başa çatdı. Təlimdə 11 -ə yaxın kənd məktəblərindən 56 şagird redaktor işində özlərini sınadı. 3 günlük təlimdə qazanılan bilik və
bacarıqları yoxlamaq üçün yeniyetmə redaktorlara verilən yazı tapşırıqları
fevralın 10- da yoxlanılacaq.
Bu təimdə şagirdlərə baxdıqca insanda xoş təəssüratlar
yaranır. Onu da qeyd etmək olar ki, Mehman müəllimin keçirdiyi təlimdə şagirdlər
yazı yazmaq qaydalarından başqa əlva
biliklərə də yiyələndilər. Bu da gənc redaktorlarda geniş dünyagörüşünün
formalaşmasına gətirib çıxardı. Burada eyni zamanda şagirdləri daha da yaxından
tanımaq, onların nəyə qadir olduğunu, hansı xasiyyətə formalaşdığı təlim işində
meydana cıxdı. Adama elə gəlir ki, bu təlimdə iştirak edənlərin 11 ildə bilmədiyin,
hiss etmədiyin istedadı bir anda üzə çıxır.
Gələcəkdə Jurnalist olmaq istəyən
Samirənin kəskin fikirləri, nümuməvi komanda yaratmış Sənan, səbirli və təmkinliyinə
görə seçilən Zeyvə və inadkarlığı ilə bütün istirakçıları özünə cəlb edən Sahil və aralarında yaşca ən kiçiyi olan Məhəmməd öz yaşına uyğun olmayan maraqlı fikirləri ilə təlim prosesinin ən yadda qalan obrazları oldu.
Belə təlimlərin axıcı olduğunu nəzərə alsaq gələcəkdə Quba gəncliyinin nə qədər potensial olduğunun şahidi olacağıq.
Təlimlərin gedişatında 7-ci sinif şagirdi Məhəmmədin maraqlı fikirləri ilə tanış olduq. Ümumiyyətlə bütün iştirakçıların hərəsinin öz fərqli fikirləri var idi.
YanıtlaSil