Son vaxtlar Azərbaycan telviziyasında bütün verlişləri azərbaycan dilində (azəri
türk) tərcümə edilib səslənməsi düblaj işinin elə də kamilləşməməsini üzə
çıxartdı. Əvvələn onu deyim ki, azərbaycan tele- şirkətləri hamısıda azərbaycan
türkcəsində veliş vermir. Burada rus dilində də verlişlər efirə buraxılır. Bundan
başqa Atv-i internatiional kanalında ingilis, erməni, fars dilindədə proqramlar
səslənir. Qisası Azərbaycan tele- məkanında bizə yaxın olan eyni zamanda
özümüzə qardaş saydığımız osmanlı türkcəsinə yer yoxdur.
Dublajın niyə görə kamilləşmədiyini ona görə qeyd
edirəm ki, ANS kanalında göstərilən xarici filimlərdə bunu duymaq o qədər də
cətin deyil. Bu filimlərdə işlədilən bəzi ifadələri nəzərinizə catdırırıq. Amma
təssüfki bu filimlərin adlarını sadalaya bilməyəcəm. Bunlar ANS telekanalında
efirə verilən xarici filimlərdir. Məsələn; “Cünkü oldun, dəyirmancı cağır gəlsin dən
Koruğlu” və yaxud “Sözün Mustafası”, “kor kora kor demesə”
və s. Bu kimi ifadələri cox sadalamaq olar.
Bu ifadələr region televiziyalarına da “ayaq açıb”.
Məsələn; “Atalar üçdən deyib”. Region televiziyalarının maddı vəziyyətini
nəzərə alıb onları qınamırıq. Ola bilsin atalarımızın “üçdən deməyi” Qərbdə də
mümkün olsun. Amma inanmıram ki, “Koroğlunun qəhrəmanlığı” Amerika qitəsinə
tanınsın. və yaxudda digərləri.
Ikinci bir problem isə bəzi kəskin sujetlı tireller
filimlərin uşaqlarımızın yaxşı tanıdığı Ovcu
Pirim olan Allahverdi müəllim tərəfindən səslənməsidir. Komik səsli
aktyorun səsləndirdiyi filim nə qəddər də kəskin olsada filimdə olan həyacan və
marağı itirir.
Bir az haqqını da danışmaq lazımdır. Bu işdə Az-TV-
i irəlidədir. Filimləri yarıbayarı montaj etsə də nümayiş etdirdiyi və
səsləndirdiyi filimləri baxımlı qəbul etmək olar. Işindən yorğun gələn
insanlarara nisbi sakitlik bəxş etmək üçün televiziya kanallarını ələ alan
bayağı və şou-biznez xatrakterli verlişlərdən maraqlı və baxımlı filimlərin
göstərilməsi daha yaxşı olar.
Hiç yorum yok:
Yorum Gönder