Ramil bu gün bir çox məhrumiyyətlər içəsirindədir. Ancaq o sınmayıb...
“Ramil özünü qəhrəman hesab etmir. Onun üçün qəhrəman Qarabağ uğrunda şəhid olub, canını verən, sağlamlığını itirən insanlardır. İgid oğlanlar onlardır. Ramil deyir ki, mən heç bir qəhrəmanlıq etməmişəm. Ramil çox sadə bir insandır. Ramil bunu etməyə də bilərdi. Amma kəndir elə bir vəziyyətdə idi ki, qırılma həddində idi”. Bu sözləri bir müsahibəsində Ramilin atası söyləmişdi. Ramil özünü qəhrəman hesab etməsə də, öyünməsə də özüylə, bu gün Azərbaycan xalqı onunla fəxr edir. Bir anaya əsl oğul olmağı bacarmaq nə qədər çətinkən, Ramil “Azərbaycanın oğlu” olmağı bacardı. Sadəcə vətəninə sevgisi və qeyrəti ilə! Və bu gün vətəndən uzaqda dəmir barmaqlıqlar arasında olmasından 8 il keçməsinə baxmayaraq, o sevgisiylə yaşayır ürəklərdə. Nə qədər ki, günahsız yerə 77 nəfəri öldürən canini 21 il, öz bayrağını, şəhidlərini təhqir etdiyinə görə 1 erməni dığasını öldürən Ramili ömürlük azadlıqdan məhrum edən avropa və dünya ədaləti “gözünü açmayacaq”, o qədər də hər bir azərbaycanlı ürəyi onunüçün yanıb-alışacaq. Heç vaxt ümidini itirmərək bugünkü günü-qəhrəmanının dünyaya göz açdığı günü vətənində qeyd edəcəyi anı gözləyəcək...
Bəli, bu gün Ramil Səfərovun anadan olduğu gündür. 35 yaşı tamam olur Ramilin. Adətən hər bir şəxs özünün və ya ona yaxın olan şəxsin doğum günü həyəcanını, sevincini yaşayır. Ancaq bu gün özünü azərbaycanlı hesab edən hər bir insan sözün əsl mənasında Azərbaycan vətəndaşının-Ramilin doğum gününü yad edir. Ancaq təssüf ki, o sevinci yaşaya bilmir...
Bir daha Ramili vətənindən ayıran o hadisəyə geri dönək. 19.02.2004-cü il… 8 il öncə Azərbaycan, Ermənistan və Macarıstan gözlənilməz bir xəbərlə silkələndi. Bu hadisənin ən gözəl təhlilini verən elə Azərbaycan ordusunun zabiti Ramil Səfərov özü olub: “Mən, Qurgeni erməni olduğuna görə qətlə yetirsəydim, Azərbaycanda yaşayan on minlərlə ermənidən ya da Türkiyədə 10 il müddətində yaşadığım dövrdə orada olan ermənilərdən başlayardım. Qurgeni millətimi, bayrağımı və şəhidlərimi təhqir etdiyi üçün öldürmüşəm”.
Ramil 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Hiç yorum yok:
Yorum Gönder