London Yay Olimpiadasında
qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd
Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş
zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb. Bu idmançı yunan-roma
güləşi üzrə 55 kq çəki dərəcəsində finalda məhz Azərbaycan təmsilçisi Rövşən
Bayramovu məğlub etmişdi.
Londondakı Azərbaycan “derbisi”nin nəticəsində Rövşən gümüş, Həmid qızıl
medal qazanmışdı. Qeyd edək ki, iki gün əvvəl İranın yunan-roma güləşi üzrə 96
kq çəkidə olimpiya çempionu, miliyətcə azərbaycanlı Qasem Rezai də qızıl medala
görə pul mükafatını zəlzələdən zərər çəkənlərə yardım fonduna bağışlamışdı
Hiç yorum yok:
Yorum Gönder