Etiketler

17 Ağustos 2012 Cuma

Qubada "Yeni Mediya" nın növbəti təlimi

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu avqustun 13-də Qubada vətəndaş cəmiyyəti nümayəndələri və hüquq müdafiəçiləri üçün "Kommunikasiya Strategiyaları və Texniki Bacarıqlar" adlı təlim keçirib. Qubada keçirilmiş ilk təlim zamanı seçilən baş təlimçi Aftandil Məmmədovla təlim koordinatoru Rövşən Hacıbəyli 1-ci sessiya zamanı iştirakçılara yeni medianın və xalq jurnalistikasının vətəndaş cəmiyyəti nümayəndələrinin həyatında rolu, jurnalist bacarıqlarından QHT kontekstində istifadə, İnternetin yaratdığı yeni imkanlar barədə məlumat veriblər. 2-ci sessiyada təlimçi Günay İsmayılova bloggerliyin, xüsusi portalların və sosial medianın köməyi ilə xəbərləri, foto və videoları yaymağın açdığı yeni imkanlar, foto, video çəkmək və onları sosial şəbəkələrə yerləşdirmək qaydaları barədə bilgi verib. 3-cü sessiyada isə yeni mediada hüquqi və etik qaydalar, yeni media alətlərindən istifadə qaydaları barədə məlumat verilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Qeyd edək ki, təlim “Transparency İnternational Azerbaijan”-nın Qubada yerləşən ofisində keçirilib. "Kommunikasiya Strategiyaları və Texniki Bacarıqlar" təlimi Avropa Komissiyasının maliyyə dəstəyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Demokratik Jurnalistika Məktəbi, Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən icra edilən "Yeni Medianın İnkişafı və Regionlara Yayılması" layihəsi çərçivəsində gerçəkləşib.

Hiç yorum yok:

Yorum Gönder