Etiketler

18 Ağustos 2012 Cumartesi

MERCEDES divara çırpıldı.

Quba rayonunda yol-qezası baş verib. Hadisə Rayonun Qonaq Mövlud küçəsilə H. Əliyev prospektinin kəsişməsində baş verib. Beləki yolun solunda müştəri gözləyən 40-BC- 268 nömrəli Vaz 2107 markalı taksi H. Əliyev prospektindən  özü yuxarı sürətlə gələn 10 SR 402 markalı "MERCEDES" in hədəfinə tuş gəlib. Nəticədə 07-yə zərər vuran MERCEDES həyətin beton hasarına çırpılıb. Hadisə nəticəsində xəcarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib. Hadisəyə səbəb MERCEDESİN dönmə əməliyyatını düzgün yerinə yetirə bilməməsi olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Onu da nəzərə çatdıraq ki, həmin ərazi çox təhlükəli  yoldur. Piyadaların daimi istifadə elədiyi küçədə nizamlayıcı işarələrin qoyulması vacibdir.

Hiç yorum yok:

Yorum Gönder