Etiketler

8 Aralık 2014 Pazartesi

KƏNDİN BƏRƏKƏTİ

 Rayon mərkəzindən uzaq bir dağ kəndin gündəlik həyatından biri idi. Həmişəki kimi işsiz gənclər tində dayanıb biri-birilərinə "nağıl" danışır, ağsaqqallar isə tarixi qədim olan köhnə kənd məscidinin qarşısına yığılıb indiki dövür üçün  itib getməkdə olan mentalitetdən danışırdılar. 

 Kənddə avtoşluq edən Vidiş avtomobilnın maqnitofununa yüksək səslə qoyduğu mahnı ilə gün ərzində aşağı- yuxarı şütüyürək kənd yollarındakı tozu ərşə qaldırırdı. Vidişin atası məmur olduğu üçün ona kənddə hərəkətlərinə görə söz deyən tapılmırdı.