Etiketler

19 Mart 2013 Salı

OSKAR


Bu yaxınlarda ABŞ da dünyanın ən nüfuzlu kino mükafatı olan Oskarın növbəti təqdimat mərasimi keşirildi. 85- ci yubleyində keçirilən təqdimatda Oskar mükafatı tanınmış aktyor Ben Affleklekin baş rolda yer aldığı “Argo əməliyyatı” adlı filiminə layiq görüldü. 
Filimin  sujet xətti 1979- cu ildə İran İnqilabı zamanı girov götürülmüş 6 amerikalı diplomatın  İran həbsxanasından qurtarılmasından  bəhs edir. Bu filim İranda kəskin etirazlara səbəb oldu. Tehran iddia edib ki, bu qərar «siyasi motivlidir».
Buna sübut kimi onlar ABŞ prezidentinin xanımı Mişel Obamanın tədbirdə iştirakını əsas göstərib. Ikinci bir səbəb İranda baş verən hadisələrin filimdə düzgün lentə alınmaması idi. 1979-cu ildə ABŞ-ın İrandakı səfirliyinin ələ keçirilməsində iştirak edənlərdən biri,Tehran şəhər şurasının üzvü, Məsumə Əbtəkarin fikirinə görə “Argo” da İran inqilabçıları qəddar obrazda göstərilir. Onun açıqlamasına görə bu hadisələrin  əsas iştirakçıları tələbələr olsada burada daha yaşlı nəslin nümayəndələri qızışmış kütləni təşkil edir.
Qəribəliyi də ondadır ki, bütün Avropa, dünya bunu bilə- bilə susdular, Ben Afflekin işini bəyəndilər və onun işini “filimlərin birincisi” elan etdilər. Dünyaya meydan oxuyan Amerika öz Mədəniyyəti ilə də dünya mədəniyyətini ələ aldı onu istədiyi kimi idarə etdi.
Burda bir şeyi qeyd etməliyəm ki, Oskarda nümayiş olunan filimlər ancaq Amerikanın mənafeinə uyğun gəlməlidir. Bu filimləri də seçib Oskara cıxaranlar əsasəndə Xristian və yəhudi icmasıdır. Avropanın və yaxud da hansısa bir dövlətin humanizimiliyindən bəhs edən filimlərin “Oskar” da yeri yoxdur.
Bir fikirə xüsusi vurğulamaq lazımdır ki, ABŞ kinoakademiyası istənilən ölkə üçün filimlərini Hollivodda çəkməyə icazə və şəarit  yarada bilir. Bunun üçün rəsmi icazədən başqa müəyyən məbləğdə xərc də tələb olunur. 
Məşhur türk serial olan “Kurtlar vadisi” inin bir çox serialları “Holivud”a istehsal olunub. “Fateh- 1453” ABŞ kinomataqrafiyası tərəfindən çəkilib türklərə hədiyyə edilib.




Hiç yorum yok:

Yorum Gönder