Etiketler

2 Ağustos 2012 Perşembe

Virtuldan reallığa

İyulun 28-də Quba Rayon Mərkəzi Kitabxanasının oxu zalında Quba-Azeri_TAT qrupunun üzvlərinin görüşü keçirilib. Görüşün əsas məqsədi facebook sosial şəbəkəsində fəaliyyət göstərən Quba-Azeri_TAT qrupunun üzvlərinin real həyatda tanışlığını təşkil etmək olub.
Tədbiri giriş nitqi ilə qrupun admini Mehman Məmmədov açıb və dəvəti dəyərləndirib görüşdə iştirak edən bütün üzvlərə təşəkkürünü bildirib. Sonra görüşün məqsədini açıqlayıb:
– Görüşün əsas məqsədi qrup üzvlərinin virtual aləmdəki dostluğunu real həyatda da davam etdirməkdir.
M.Məmmədov alternativ marşrutlar üzrə digər bölgələrə və rayonumuzun turizm zonalarına turların keçirilməsi barədə də danışıb.
“Yurd” Gənclərin Vətənpərvərlik klubunun sədri, qrupun üzvü Ramin MAhmudov, qrupun adminləri-Həlimə Məmmədova, Qəmər Nağıyeva, Gülnar Nağıyeva, Musa İsmayılov və digər iştirakçılar çıxış edərək belə görüşün keçirilməsini alqışlayıblar.
Qrupun üzvü Fərid Əyyubov turların muzeylər istiqamətində təşkilini və və Qubada vaxtıilə becərilən, hazırda isə əcnəbi növlərə üstünlük verilməsi nəticəsində sıradan çıxan yerli alma növlərinin araşdırılmasını təklif edib. Qonaq qismində dəvət olunmuş Fərid Subhanverdiyev isə Xınalıq turunun təşkil edilməsinin daha münasib və maraqlı olacağını qeyd edib.
Qrupun digər üzvü Mehman Fərmanov Amsar kəndində yerləşən A.Bakıxanovun ev muzeyini ziyarət etməyi məqsədə uyğun bilib. Ora səfər etməyi təklif edib. Onun bu təklifi bütün üzvlər tərəfindən bəyənilib və avqust ayının 4-də qeyd edilən yerə turun təşkili ilə bağlı qərar qəbul olunub.
Sonra iştirakçılardan görüş haqqında kiçik müsahibələr alınıb. İştirakçıların görüş haqqındakı fikirləri ilə daha yaxından tanış olmaq istəyirsinizsə vidio roliki izləyə bilərsiniz.
Qeyd edək ki, tədbir sonda çay süfrəsi arxasında davam etdirilib.
MƏNBƏƏ:http://xucbalamehmanperest.wordpress.com-realliga/

Hiç yorum yok:

Yorum Gönder