Qubada nəşr olunan “Birlik-Edinstvo” qəzetinin 10 illik yubileyi münasibəti ilə tədbir keçirilib. “Birlik-Edinstvo” qəzeti 2002-ci ildən Qubada fəaliyyətə başlayıb. Hazırda bu mətbuat orqanı ayda 3 dəfə olmaqla 800 tirajla çap olunur.
Mətbuat orqanı və onun əməkdaşlarını təbrik edənlər qəzetin bu illər ərzində keçdiyi uğurlu yoldan danışıb. Yubiley tədbirində redaksiya heyyətinin bir neçə əməkdaşı uğurlu fəaliyyətə görə təltif olunub.
Qəzetin varlığının əhəmiyyətindən danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı “Birlik-Edinstvo”nun bölgədə nəşr olunan mətbuat orqanları arasında layiqli yerə malik olduğunu bildirib və bu mövqedə qalmalarını arzulayıb.
Həmkarlarını təbrik edən RTV-nin icraçı direktoru Məhsim Məhsimov da regionda kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib.
“Birlik-Edinstvo” qəzetinin baş redaktoru Nəcəfqulu Nəcəfov bildirib ki, oxucuları qarşısındakı bütün vəzifələrinin öhdəsindən bacarıqla gələn mətbuat orqanı internet vasitəsi ilə də oxucularının görüşünə gəlir. Qəzet rus və Azərbaycan dillərində nəşr olunur.
Hiç yorum yok:
Yorum Gönder