Etiketler

31 Ağustos 2012 Cuma

İmtahanda qalmaqal.

Qubanın Azad Məmmədov adına 2 saylı orta məktəbində Azərbaycan Tarixi fənn müəllimlərinin kurikulum təlim kurs imtahanında qalmqal baş vermidir. Beləki özlərini QHT- lər tərəfindən yaradılmış Valideyn Müəllim assasasiyasının icracı rəhbəri kimi təqdim edən monitorinq qruppası imtahan olan siniflərə girərək monitorinq apardığını bildirmiş təlimçılərin və imtahanın işinə manəçilik törədiblər. Onlar özlərinin yersiz iddialarını təlimçilərin nəzərinə çatdıraraq müdavimlərə imtahanda qaralama kimi istifadə üçün verilmiş ağ vərəqləri yığmışdılar. Yarım saat baş sındırıb imtahan suallarının cavablarını  güc-bəla ilə tapıb qaralamasına yazan müəllimlərin əllərindəki vərəqələri zorla yığmaları müəllimlərin hiddətinə səbəb olmuşdur. Onlar bu hərkətlərinə bəraət qazandırırlar ki,"Biz sizin hüquqlarınızı qoruyuruq, sinifdə şöbhəli şey olmalı deyil. imtahan şəffaf olmalıdır. Bu ağ vərəqələrə cavab yazmaq artıq şeydir. Cavablarınızı bir başa test kitabçasına yazın". Sinifdə stressdən ağlamaq dərəcəsinə gələn qadın müəllimənin etirazına baxmayaraq qaralamaları özləri ilə aparıblar. Bundan sonra sinifdə yaranan səs- küydən qalan suallar cavablanmayıb. İmtahana 45- dəq vaxt verilsədə sınaq vaxtından əvvəl dayanıb. Buna baxmayaraq imtahanın nəticələri ləğv olunmayıb.
Xatırladaq ki, müəllimlərinin kurikulum kursu 10 gün müddətinə davam edir.

Hiç yorum yok:

Yorum Gönder