Etiketler

24 Ağustos 2012 Cuma

Gənclərin Xanəgah səyahəti


Avqustun 19-da bir qrup fəal gənc “Xanəgah kəndinə səyahət” turu çərçivəsində Quba rayonun Xanəgah kəndində olub. Səyahət facebook sosial şəbəkəsində fəaliyyət göstərən “Könüllülər” qrupunun admini Mehman Məmmədovun təşkilatçılığı ilə baş tutub. Turda qrupun fəal qubalı üzvləri Fərid Eyyubov, Elmir Mustafayev, Musa İsmayılovla yanaşı, Biləsuvardan Asif Oruclu, Şəmkirdən İqbal Hüseynov, eyni zamanda rayon təhsil şöbəsinin orqanı olan “Tərəqqi” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Şıxəmməd Seyidməmmədov, “Şəfəq” qəzetinin fotomüxbiri Nazim Məmmədov, Zaman Azərbaycan qezetinin əməkdaşı Mehman Fərmanov və digərləri iştirak ediblər. Gənclərin Quba şəhərinin 25 kilometrliyində, dağlıq ərazidə yerləşən Xanəgah kəndinə səyahət etməkdə məqsədləri bu kəndin turizm potensialını təbliğ etməkdən ibarət olub.
Turda gənclər Quba-Xanəgah-“İsti su”, “Damcılı dərə”, “Qız-oğlan bulağı”-Quba marşrutu ilə hərəkət ediblər və kəndin əsrarəngiz təbiəti ilə yaxından tanış olublar.
Qeyd edək ki, “Könüllülər” qrupu artıq bir ildir ki, fəaliyyət göstərir və yüz nəfərə yaxın üzvü var. Qrupun ilk tədbiri “Virtual aləmdən reallığa” olub. Bu tədbirin əsas məqsədi virtual aləmdə yaxından tanış olan üzvlərin real həyatda da dostluğunu təşkil etmək olub. Həmin görüşdə üzvlərin təklifləri əsasında reallaşan “Xanəgah kəndinə səyahət” turunun əsas məqsədi Qubada turizmi təbliğ etməkdir. Belə ki, bir sıra kəndlərimiz var ki, onlar heç də təbiətinin gözəlliyinə görə digərlərindən geridə qalmır, buna baxmayaraq turistlər bu yerləri tanımırlar. Xanəgah kəndi də belələrindəndir. Bu səbəbdən gənclərin bura səfər etmələri heç də təsədüfi seçilməyib.
 Əminik ki, Xanəgah kəndinin turizm potensialının tanıdılması sahəsində keçirilən turun bir əhəmiyyəti olacaq və buralarda da turizm inkişaf edəcək

Hiç yorum yok:

Yorum Gönder