Azərbaycan xalqının qədim bayramlarından olan
Novruzun tarixi bizim eradanda əvvəlki qədim dövürlərə çatır. Qədim
zamanlardan belə bir fikir var idi ki, Novruz günü hər şey təzələnir: ilk yaz
yağışı yağır, ağaclar yaşıllaşır, ot bitir. Şərq xalqları bu bayramı İslamdan
öncə də qeyd ediblər, bu bayram həyatın yenilənməsinin rəmzi idi. Ona görə də,
Novruzun gəlişinə əvvəlcədən hazırlıq görülürdü. Rəvayətlərə
görə Allah-Təalə yeri yaradıb tam qurtaqdlqdan sonra orada canlıların yaşaması
üşün münasib şərait: ab – hava yartdı. O zamandan artıq günəş yeri qızdırmağa,
çaylarda sular axmağa, dağların qarı əriməyə, ağaclar yaşıllaşmağa başladı. Həyat üçün önəmlı olan “yeni gün”
başladı. ”Novruz” da öz adını burdan götürüb- “Yeni gün”.
Qədim iranlılar və yunanlar da baharın gəlişini
“Novruz” və “Patrix” bayaramı kimi qeyd edərdilər. Bu gün İpək Yolu boyunca
yerləşən bütün ölkələr Novruzu qarşılayırlar. Orta Asiyada özbək və qazaxlarla
yanaşı uyğurlar da bu bayramı qeyd edirlər. Novruz ənənəsi Türkiyə kürdlərində,
başğırlarla tatarlarda da var. Taciklər baharın gəlişini “Gülgərdən” və ya
“Gülnovruz”, əfqanlar isə “Saleno” və “Nouruz” adlandırırlar. İranda isə martın
21-dən rəsmi təqvim dəyişir. Bütün bu xalqların qədim inancına görə, bayram
süfrəsi nə qədər zəngin olarsa, il bir o qədər bərəkətli olar.
Bəzi islam “alimləri” bu dinin İslama zidd
olduğunu, orada odun, atəşin olduğunu, şam yandırmağının islama qarşı olduğunu
iddia edirlər. Məlumdur ki, Uca Allah şeytanı oddan yaratdı. Atəşpərəst kahinlər
ocaq yandırıb, oda sitayiş edib, Allaha şərik qoşmuşdular.
Bu bayram İslam qaynaqlarında keçmədiyinə görə bəzi Müsəlman icmasına görə Novruzun qeyd
olunması vacib sayılmır. Yenədə təkrar edirik ki, bu bayram İslam dönəmindən əvvələ
gedib çıxır. Bu barədə konkret hədislər də var ki, Novruz bayramı İslam
yarandığı dövrdə müsəlmanların da sevimli bayramına çevrilib. Qədim zərdüşt məbədlərində bu bayramda od
qalanardı, Avesta oxunardı, maqlar müəyyən ayinlər yerinə yetirərdi. Novruzun məna
və əhəmiyyətinə görə İslam bu dirilik bayramını qadağan etmədi və müsəlman
xalqımız bu ənənəni qorudu. Bu bayaram İslam kimi də insan fitrətinə əsaslanır,
insani dəyərləri aşılayır. Bütün irqçi təməyyülləri və ayrıseçkilik siyasətini
rədd edən İslam yayıldığı ərazilərdə bir sıra ənənələri aradan apardı və ya
formasını dəyişdi, Novruz isə
toxunulmaz qaldı. Hətta Hz.Əli (ə) ətrafındakı yaxın
insanlara bu bayramın müsbət keyfiyyətlərindən danışıb və bu bayramı qeyd etməyin xeyirli olduğunu
bildirib.
Qədimdə Novruz yeni
ilin başlanğıcı idi və insanlar Novruz axşamı ilin təhvil olunması ilə bağlı
dualar oxuyardı, Allahdan gələn ilin bərəkətli olmasını istəyərdi, Novruz süfrəsinə
Quran qoyulardı. Hətta sovetlərin dövründə süfrəyə içki, və haram qida qoyan ailələr, Novruzda süfrəyə nə haram yemək
qoyardı, nə də yad mətbəxin xörəklərini. Novruz süfrəsi bütün “yadlılıqlar”dan
təmiz idi, xalis qədim milli xörək və şirniyyatlardan ibarət idi.
Novruz
süfrəsinə qoyulan şirniyyatlarda Novruzun simvollarıdır. Səməni- yaşıllıq,
bolluq, Tonqal yandırmaq, yanan odun üstündən atılmaq- sağlamlıq, xoş rifah. Yumurta
boyamaq- ilin bolluğu, rəngarəngliyi, Paxlava, şəkərbura – Aypara, Ulduz. Novruza yaraşıq verən köhnə ilin simvolu- qıtlığın, kasadlığın simvolu - Kosa- keçəl obrazı.
Bundan başqa Novruzun gəlişi
ilə bağlı müxtəlif adətlər vardır. Novruza qədər ev, həyət-baca təmizlənib
süpürlənər. Köhnə əşyalar tonqal üçün hazırlanardı. Həmin gün ev təmizlənməz,
ev bayramdan öncə yeni ilin gəlişinə hazırlanmalıdır. Həmçinin, Novruz
bayramında başqalarını bağışlamaq, halallaşmaq, qohumların ziyarətinə getmək,
ölüləri anmaq, fəqirlərə sədəqə paylamaq, ehsan vermək kimi adətlər şərq
xalqları arasında geniş yayılıb.
Bunlar bir xalqən adət-ənənəsidir. Adət-ənənələr bir millətin mədəniyyətini əks etdirir. Bir millətin əbədi olması üçün keçmişini, tarixini və adət-ənənələrini bilməsi və yaşatması labüddür. İslam dinində adət ənənəyə önəm verilmiş, qəbul və ya rədd etməkdənsə dinin təməl əsaslarına uyğun olub-olmaması baxımından dəyərləndirilərək, dini əsaslara uyğun olanlar qəbul edilib, uyğun olmayanlar da rədd edilmişdir.
Bunlar bir xalqən adət-ənənəsidir. Adət-ənənələr bir millətin mədəniyyətini əks etdirir. Bir millətin əbədi olması üçün keçmişini, tarixini və adət-ənənələrini bilməsi və yaşatması labüddür. İslam dinində adət ənənəyə önəm verilmiş, qəbul və ya rədd etməkdənsə dinin təməl əsaslarına uyğun olub-olmaması baxımından dəyərləndirilərək, dini əsaslara uyğun olanlar qəbul edilib, uyğun olmayanlar da rədd edilmişdir.
Dahilərdən birinin bayram haqqında dediyi misalı ilə
bitirmək istəyirəm. “hər xalq iki bayramını qeyd etməyə məhkumdur. Biri
onun tarix adət- ənənəsini göstərən milli
bayramı, digəri isə onun istiqlaliyyətini əldə etdiyi günüdür”.