
Bunlardan başqa havanın isti-soyuğundan aslı
olmayaraq, yorğunluğu və aclığı fikirləşmədən malının üstündə olmalısan. Olmalısan
ki, Sənə ruzi gətirən alıcını qaçırmayasan.
Bir
sözlə satıcısan durmalısan malının üstündə.

Bir sözlə satıcını yerində tapmaq
olmur. Bu təkcə regionun bazarında baş
vermir. Respublikanın demək olar ki, əksər yerlərində satıcıları polka
arxasında tapmaq qeyri-mümkündür.
Bunu mən yox ölkəmizə gələn əcnəbi vətəndaşdan eşitmişəm. Bakı
şəhərində rastlaşdığım Türkiyədən olan iş adamı Azərbaycan haqqındakı təəssüratını
belə bildirmişdir:
“Burada üç şey mənim marağıma səbəb oldu. I- avtomobillərin
yerli-yersiz tez-tez siqnal verməsi, II- insanların ağızlarındakı qızıl dişlər,
III isə günortadan sonra satıcıların mallarının üstündə olmamaları.
Bir şeyi də əlavə etmək istəyirəm ki, Bəzi İslam ölkələrində müyyən vaxt satıcılar bazarda olmur. Buda ən cox ibadət vaxtlarına təsadüf edilir.
Buda hec bir alıcını narazı salmır.
Hiç yorum yok:
Yorum Gönder